Seksə görə 22 il həbs cəzası verdilər
Tarix: 04-07-2015 | Saat: 10:59
Bölmə:Karusel / Dünya / Maraqlı / M2 | çapa göndər
“Öz eqoizmimə və onun nəticələrinə nifrət edirəm”.
ABŞ-da 30 yaşlı müəlliməni yuxarı sinif şagirdi ilə seksə görə uzun müddətə azadlıqdan məhrum etdilər. Florida ştatının sakini Cenifer Fixter 22 il həbsxanada qalacaq, Xeberaz.az Oxu.Az-a istinadən xəbər verir.
Fixterin üç keçmiş şagirdi 17 yaşları olduqda onunla intim əlaqəyə girdiklərini təsdiq ediblər.
İstintaqın nəticəsinə görə, qadın yetkinlik yaşına çatmayan yeniyetmələr ilə dəfələrlə cinsi əlaqəyə girib.
Bütün bunlar onun evində, maşınında, şagirdlərdən birinin evində baş verib. Fixter hətta şagirdlərdən birindən hamilə qalıb və abort etdirib.
O, bu barədə öz məşuqu ilə telefon danışığında bildirib. Bu telefon danışığını məhkəmədə təqdim ediblər.
İttiham tərəfi qadın üçün 25 il cəza tələb edib. Məhkəmə onun 22 il müddətinə həbs cəzası barədə hökm qəbul edib, Fixter keçmiş şagirdlərinin ailələrindən, eləcə də öz doğmalarından üzr istəyib.
“Mən öz eqoizmimə və onun nəticələrinə nifrət edirəm. Bu eqoist cinayət idi və mən çox təəssüflənirəm, - müttəhim deyib. – Mən keçmişə qayıdıb, elədiyim hər şeyi silmək istərdim. Mən geriyə qayıdıb, öncə öz şagirdlərim, sonra isə özüm haqqında düşünmək istərdim”.
Amma yeniyetmələrin valideynləri narazı qalıblar.
“Bu, ağrıvericidir. Mən oğlumu itirdiyimi görürdüm, və heç nə edə bilmirdim”, - onlardan birinin anası deyib.
Fixter yeniyetmə sevgililərini onunla əlaqələri olmadığına dair valideynlərinə yalan deməyə məcbur edib.
Qadını 2014-cü ilin aprel ayında həbs ediblər, polis onun maşında sekslə məşğul olduğunu görüb.
Cinayətin birinci epizodu hələ 2008-ci ildə baş verib.
O zaman Fixter səkkizinci sinif şagirdi ilə “yolverilməz münasibətlərə” görə bir məktəbdən işdən azad olunub. 2011-ci ildə o, Tamp şəhərində təhsil müəssisəsinə ingilis dili müəlliməsi vəzifəsinə işə düzəlib.
Xəbəri paylaş
6208 dəfə oxunub.
Digər xəbərlər

27-06-2020, 19:24
DİN müğənnilərə sosial şəbəkələrdə təhqir yazanları HƏBS ETDİ
21-02-2023, 10:47
"Bir də gördük, kolların arasından 4 polis çıxdı. Qışqırdılar ki..." - Yaddaşlarda Həzi Aslanov kimi qalan Ramiz Novruz
13-05-2023, 09:00
Bu ölkədə zibil atmağa görə hədiyyə veriləcək
22-10-2016, 02:45
ŞOK! Cinsiyyətini dəyişdiyinə görə ölkəsinə gedə bilmədi
1-09-2018, 16:02
Gündə 1 ədəd yeyən 300 DOLLAR QAZANACAQ - Araşdırma başlayıb
3-10-2016, 01:03
Rusiya gəlməsəydi, Əsəd çökmüşdü"
1-08-2015, 14:31
Çində ordu evləndi - Möhtəşəm görüntü - FOTOLAR
16-03-2016, 10:36
Dolların bu günə olan məzənnəsi
7-07-2016, 15:58
Səmra yenə sinəsini açdı - FOTO