Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Təqib etdiyi qızın evində qardaşını öldürən şəxs 19 il cəza aldı – FOTO
Tarix: 03-07-2015 | Saat: 20:28
Bölmə:Karusel / Hadisə / M2 / Foto-fakt | çapa göndər

Təqib etdiyi qızın evində qardaşını öldürən şəxs 19 il cəza aldı – FOTO
O, Hüseynovadan xoşu gəldiyi üçün onunla münasibət yaratmaq istəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini Rasim Mustafayevin (1981-ci il təv.) CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 29,120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd), 29,120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd), 29,120.2.10 (təkrar qəsdən adam öldürməyə cəhd),157.1 (mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma), 157.2 (mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma, zor tətbiq etməklə törədildikdə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.

Xeberaz.az Oxu.Az-a istinad xəbər verir ki, bu il fevralın 16-sı axşam saat 20 radələrində 2-ci Bibiheybət döngəsindəki 19 saylı evdə Rasim Mustafayev bıçaqla, həmin evdə yaşayan Bakı ş. sakini Elvin Hüseynliyə (1991-cı il təv.) və onun bacısı Türkan Hüseynovaya (1982-ci il təv.) bıçaqla xəsarətlər yetirərək, hadisə yerindən qaçıb.

Yaralanan bacı-qardaş Kliniki Tibbi Mərkəzə çatdırılsalar da, Elvin Hüseynlinin həyatını xilas etmək mümkün olmayıb, Türkan Hüseynova isə ambulator müalicəyə buraxılıb. Faktla bağlı Səbail rayon prokurorluğunda cinayət işi başlanıb, təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyinə görə, E.Hüseynlinin ölümünə döş qəfəsinə yetirilən 4 ədəd deşilmiş-kəsilmiş yaralar nəticəsində baş vermiş kəskin qanitirmə səbəb olub.

İstintaqın gedişatında, cinayətin törədilməsində şübhəli bilinən Rasim Mustafayev barəsində bir müddət əvvəl, Səbail RPİ 8-ci polis bölməsində araşdırma aparılıb. Belə ki, Mustafayev Hüseynova ilə münasibət yaratmağa çalışıb, təqib edib, dəfələrlə xanıma yaxınlaşaraq ondan xoşu gəldiyini bildirib. Lakin Türkan Rasimə rədd cavabı verib, buna görə Mustafayev onların evinə gələrək anasına xəsarətlər yetirib. Bununla əlaqədar ailə həmin şəxs barəsində polisə şikayət edib. Araşdırmalar çərçivəsində Rasim polis tərəfindən saxlanılıb, lakin izahatı alındıqdan sonra sərbəst buraxılıb.

Təqsirləndirilən şəxs fevralın 17-də DİN Təhlükəsiz şəhər xidməti, Səbail RPİ 8-ci polis bölməsi, Sabunçu RPİ 13-cü polis bölməsi və Suraxanı RPİ 32-ci polis bölməsi əməkdaşlarının birgə əməliyyatı nəticəsində idarə etdiyi “Mercedes” markalı avtomaşını ilə müəyyən edilib və o, saxlanılıb.

Məhkəmə prosesində Rasim Mustafayev elan olunan ittiham üzrə özünü qismən təqsirli hesab edib. Onun sözlərinə görə, Türkan Hüseynovadan xoşu gəldiyi üçün onunla münasibət yaratmaq istəyib, lakin sonuncu ondan əl çəkməsini tələb edib. Axırıncı dəfə onun barəsində polisə şikayət edəndən sonra, Mustafayev qisas almaq qərarına gəlib və buna görə, bıçaqla silahlanaraq Hüseynovların evdə olmadığı vaxt, həyətə daxil olub və gizlənib.

Axşam saatlarında Türkan qardaşı Elvinlə evə qayıtdıqda, Rasim qəfildən sonuncuya hücum edib və bıçaqla zərbələr endirib, Türkan da qarşıdurmanın qarşısını alarkən xəsarət alıb. Təqsirləndirilən şəxs qadına qəsdən zərbələr vurmadığını bildirib.

Zərərçəkən Türkan Hüseynova Rasim Mustafayevlə nişanlı olmadığını, üstəlik həmin şəxsin evli və övladları olduğunu bildirib. Həmin axşam evə qayıtdıqda o, qardaşı ilə evdə kiminsə olmasından şübhələniblər və oğru olduğunu düşünüblər, həmin vaxt hardansa peyda olan təqsirləndirilən şəxs nalayiq ifadələr işlətməklə, qardaşına hücum edib və əlindəki alətlə vurmağa başlayıb. Daha sonra Mustafayev onun üzərinə gəlib, Türkan özünü müdafiə edərkən kəsilmiş xəsarətlər alıb.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.






Xəbəri paylaş

1 2928 dəfə oxunub.

Digər xəbərlər
13-02-2017, 14:41 Aleksis maraq dairəsində

bütün xəbərlər
____ Instagram ___