Biznes ortağını öldürən keçmiş yol polisinin cəzası azaldıldı – FOTO
Tarix: 03-07-2015 | Saat: 10:06
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Cinayət qəbiristanlıqda baş verib.
Bakı Apellyasiya Məhkəməsində Bakı ş. sakini Zeynal Sadıqovun (1970-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.
Xeberaz.az-a Oxu.Az-ın verdiyi xəbərə görə , ötən il sentyabrın 6-da Suraxanı RPİ 31-ci polis bölməsinin əməkdaşları Bülbülə qəsəbəsində yerləşən qəbiristanlıqda üzərində zorakılıq əlamətləri ilə 25-30 yaşlarında olan qadın meyiti aşkar ediblər. Prokurorluğun müstəntiqi və ekspertin iştirakı ilə hadisə yerinin müayinəsi aparılıb, səhərisi gün istintaq yolu ilə müəyyən edilib ki, həmin qadın Nazilə Əmrahovadır (1968-ci il təv.). Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qətlin törədilməsində şübhəli bilinən Zeynal Sadıqov tutulub. Onun əvvəllər Baş Dövlət Yol Polisində işləməsi məlum olub.
İş üzrə dindirilən Zeynal Sadıqov Nazilə Əmrahovanı pul borcuna görə qətlə yetirdiyini bildirib. Onun sözlərinə görə, bir neçə il əvvəl Nazilə ilə tanış olub, birgə biznes qurublar, eyni zamanda aralarında yaxın münasibət yaranıb.
Qətl 4000 manat borc üstündə baş verib. Ayın 5-də axşam onlar qadına məxsus “Honda” markalı avtomaşınla Bülbülə qəsəbəsinə gəliblər, salonda oturub, söhbət edərkən münaqişə başlayıb, buna görə Zeynal ilk zərbələri Naziləyə elə avtomobildə vurub. Yaralanan qadın imkan tapıb, qaçmağa cəhd göstərsə də, Sadıqov ona əlavə xəsarətlər yetirib və meyitini qəbiristanlıqda ataraq, hadisə yerindən uzaqlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmdən narazı qalan Z.Sadıqovın müdafiəçisi apellyasiya şikayəti verərək onun cəzasının yüngülləşdirilməsini istəyib.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxsin apellyasiya şikayəti qismən təmin edilib və Zeynal Sadıqovun cəzası 9 ilə endirilib.
Xəbəri paylaş
6348 dəfə oxunub.
Digər xəbərlər

28-04-2016, 17:48
Qafqaz Rusiyadan ən çox əziyyət çəkən yerdir - ABŞ
28-02-2016, 15:59
Aytən Səfərovadan həmkarlarına: "Alt paltarınız sıxır?"
13-11-2015, 13:49
Kəlbəcər girovlarının məsələsi - BMT-də
29-03-2017, 21:40
Bülənt Ərsoydan keçmiş sevgilisinə sürpriz-Foto
7-04-2015, 15:56
Tanınmış müğənnini döyən həbs edildi
13-07-2017, 11:46
"Mehriban düşmən" serialının qəhrəmanları 22 il sonra - FOTO
31-08-2021, 09:54
Məktəbin yanında küçəyə atılmış körpə tapıldı
20-05-2022, 10:12
Külək nə vaxt səngiyəcək? - AÇIQLAMA
24-11-2023, 09:47
Azərbaycanlı qadınları xaricdə satan Gülsevər tutuldu
13-03-2017, 18:42
Əli Laricani: “Azərbaycan və Ermənistan müharibəyə yol verməməlidir”