Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu gün Azərbaycanda polis günüdür
Tarix: 02-07-2015 | Saat: 11:34
Bölmə:Karusel / Maraqlı / M2 / Təbriklər | çapa göndər

Bu gün Azərbaycanda polis günüdür

Bu gün Azərbaycanda polislər peşə bayramını qeyd edir.

Xeber.az xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan az sonra, Nazirlər Şurasının 1918-ci il 2 iyul tarixli sərəncamı ilə Daxili İşlər Nazirliyi tərkibində müstəqil Azərbaycanın polis orqanları yaradılıb və ölkəmizin ilk daxili işlər naziri Fətəli Xan Xoyski olub. Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri yerinə yetirib.

AXC süqut etdikdən sonra, milli polis ləğv edilərək əvəzində "milis" adlandırılan qurum yaradılıb. Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra polis adı bərpa olunub, onun funksiya və vəzifələri dəqiqləşdirilib.

Azərbaycan polisi Birinci Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə də fəal iştirak edib. Daxili işlər orqanlarının və daxili qoşunların şəxsi heyətinin 931 nəfəri bu müharibədə şəhid olub və 681 nəfər isə əlil olub. Polisin sıralarında xeyli sayda "Milli Qəhrəman" adına, habelə orden və medallarla təltifə layiq görülənlər var.

Qeyd edək ki, prezident Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə hər il iyulun 2-si Azərbaycan Polisi Günü kimi qeyd olunur.


Xəbəri paylaş

2 2558 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___