Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Oyunlar zolağı“nda 40 manatlıq cərimə - Video
Tarix: 01-07-2015 | Saat: 14:00
Bölmə:Karusel / Gündəm / M2 / Xəbəraz TV | çapa göndər

“Oyunlar zolağı“nda 40 manatlıq cərimə - Video
May ayının 29-dan Avropa Oyunları zolağına icazəsi olmayan avtomobillərin girişinin qadağan edilməsini bildirən yol nişanları artıq sökülür

İyulun 1-dən etibarən bu yoldan minik avtomobilləri və ictimai nəqliyyat rahat şəkildə istifadə edə biləcək. Yalnız yük avtomobilindən başqa.

Zolaqlara daxil olan yük avtomobillərinin sürücüləri 40 manat cərimə olunacaqlar. Bir gün ərzində bu qayda bir neçə dəfə pozularsa həmin sürücü o qədər də cərimələnəcək. Nəzarətə qaldıqda isə buna müşahidə kameraları və ərazidə xidmət aparan polislər diqqət edəcək. Baş dövlət yol polis idarəsinin Siqnal idarəsinin əməkdaşları zolağın yük avtomobillərinə qadağanın edilməsi ilə bağlı nişanlar qoyub. Digər nişanlar isə sökülür. Gün boyu paytaxtın Ziya Bünyadov, Atatürk və Tbilisi prospektlərində yol nişanlarının söküntüsü və yenisinin qoyulması davam etdirilib.

Oyunlar öncəsi rayon qeydiyyatlı avtomobillərin şəhərə buraxılmasına qoyulan məhdudiyyət isə qüvvədə qala bilər. Baş dövlət Yol polis İdarəsidən bildirilib ki, Bakıda nəqliyyat vasitələrinin sıxlığının qarşısını almaq üçün Nazirlər Kabineti Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyası tərəfindən tədbirlər planı hazırlanır. Müvafiq qərar qəbul edilənədək rayon qeydiyyatında olan avtomobillərin paytaxt ərazisinə daxil olmasına tətbiq edilən məhdudiyyət qüvvədə qalacaq.(xəzər)


Xəbəri paylaş

7858 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___