İŞİD Türkiyə-Suriya sərhədinə mina döşəyir (VİDEO)
Tarix: 30-06-2015 | Saat: 20:20
Bölmə:Karusel / Hadisə / M2 / Xəbəraz TV | çapa göndər
Silahlıların sərhəd xəttinə mina döşəmə anları yerli sakinlər tərəfindən lentə alınıb.
Türkiyənin təhlükəsiz bölgə yaratmaq istədiyi Qaziantepin Karkamış qəsəbəsi ilə sərhəd bölgələr İŞİD silahlıları tərəfindən minalanır.
Xeberaz.az ANS PRESS-in məlumatına görə, partlayıcılar sərhəddən 20 metr uzaqlıqda quraşdırılır. Qəsəbə sakinləri silahlıların torpağa mina döşəmə anını mobil telefon vasitəsi ilə lentə alıblar. Videoda 3-ü qadın olmaqla, 7 İŞİD silahlısının qeyd olunan ərazidə axtarış aparıb, daha sonra sərhəd xəttinə mina döşəməyə başlaması görünür.
Silahlılar həmçinin sərhəd boyu bəzi ərazilərdə xəndəklər qazıblar. Mina döşənən Cerablus bölgəsi İŞİD silahlılarının nəzarati altındadır. Sərhəddə Türkiyə və İŞİD bayraqları yan-yana dalğalanır. Bayraqlar arasında məsafə isə sadəcə 30 metrdir.
Türkiyə ordusu isə Qaziantep vilayətinin Suriyanın Cerablus şəhəri ilə sərhəddə yerləşən Karkamış və Kilis yaşayış məntəqələrinə zirehli texnika yeridib. Türkiyə ordusunun bölmələri diqqətlə İŞİD-in Cerablusdakı hərəkətini izləyir. Hazırda Suriyanın Hələb əyalətində İŞİD-lə müqavimət qüvvələri arasında döyüşlər davam edir. Yada salaq ki, daha öncə bildirilmişdi ki, Türkiyə Suriyaya 18 minlik ordu yeritməyi planlaşdırır.
Xəbəri paylaş
5738 dəfə oxunub.
Digər xəbərlər

25-02-2017, 22:29
Erməninin rinqdə Qarabağ təxribatı baş tutmadı - yarışdan qovuldu
16-03-2017, 22:55
Sevinc insanı öldürə bilərmi?
16-08-2015, 13:36
R.Hüseynov Avropa çempionatının “bürünc” mükafatçısı oldu
17-06-2017, 12:52
Məleykə Əsədova yayılan şəklindən danışdı: "Gedin ailənizlə məşğul olun"
16-05-2018, 14:53
"İstirahət mərkəzində fahişəliklə məşğul olmuşam" - MƏHKƏMƏ
29-03-2021, 14:26
Videosu yayılan Nihad Əliyev deyil- Həqiqət üzə çıxdı-AÇIQLAMA
9-06-2018, 10:54
Mərhum jurnalist Natiq Qədimovun oğlu dünyaya gəldi
29-04-2017, 15:09
Türkiyədə məscid tikintisində çökdü, ÜÇ NƏFƏR ÖLDÜ