Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Faiq Qarayevin baş məşqçi olduğu təsdiqləndi
Tarix: 30-06-2015 | Saat: 20:01
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

Faiq Qarayevin baş məşqçi olduğu təsdiqləndi



Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev yenidən komandanın başına gətirilib.

Bu məlumatı ANS PRESS-ə Azərbaycan Voleybol Federasiyası mətbuat xidmətinin rəhbəri Şəfəq Kərimova tədiqləyib. Onun sözlərinə görə voleybolçu qızlarımız Belçika və Hollandiyada start götürəcək AVRO-2015-ə məhz Qarayevin rəhbərliyi altında hazırlaşacaq.

Sabiq baş məşçi Aleksandr Çervyakovun gələcək taleyinə gəldikdə isə bu məsələnin yaxın günlərdə təsdiqini tapacağı bildirilir. Faiq Qarayevin köməkçisi vəzifəsinə isə Vüqar Əliyev, Famil Ağayev və Aleksandr Çervyakov namizəddir.


Dəyişiklik qərarının voleybol milli komandamızın uğursuz çıxışı ilə əlaqəli odluğu deyilir. Belə ki, rusiyalı mütəxəsisin başçılıq etdiyi voleybol yığmamız ölkəmizdə keçirilən I Avropa Oyunlarında medalsız qalmışdı.

Voleybolçu qızlarımızın uğurları məhz Faiq Qarayevin adı ilə bağlıdır. Milli komandamız onun başçılığı altında 2005-ci ildə Avropa Çempionatının 4-cüsü olmuşdu.


Xəbəri paylaş

6698 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___