Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Baş Prokurorluqdan icra başçısının qohumu barədə xəbərə - MÜNASİBƏT
Tarix: 11-03-2015 | Saat: 23:20
Bölmə:Karusel / Hadisə | çapa göndər

Baş Prokurorluqdan icra başçısının qohumu barədə xəbərə - MÜNASİBƏT
Araşdırmalar davam etdirilir.

Baş Prokurorluq bəzi kütləvi informasiya vasitələrində paytaxtın Səbail rayonu ərazisində dövlət orqanlarına məxsus “İnfiniti” markalı avtomobilin sürücüsünün yol-nəqliyyat hadisəsi törətməsi barədə yayılan informasiyalara münasibət bildirib.

Xeberaz.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, həmin informasiyalar həqiqəti əks etdirmədiyindən Baş Prokurorluq tərəfindən təkzib olunur.

Belə ki, martın 1-də saat 05:30 radələrində Səbail rayonu ərazisində paytaxt sakini Süleyman Rizvanova məxsus “İnfiniti” markalı avtomobil idarəetməni itirərək yolun kənarında dayanmış “Toyota Camry” və digər nəqliyyat vasitələrinə dəyib. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan olmayıb, avtomobillərə dəyən ziyanın müəyyən edilməsi, eləcə də hadisənin baş vermə səbəbləri araşdırılır.

Faktla bağlı Səbail rayon Polis İdarəsinin DYP şöbəsində araşdırmalar davam etdirilir.


Xəbəri paylaş

8658 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___