Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda təhlükəli hadisə (FOTO)
Tarix: 30-06-2015 | Saat: 14:21
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Bakıda təhlükəli hadisə (FOTO)
Xeberaz.az -ın Fövqəladə Hallar Nazirliyinə istinadla verdiyi məlumata görə, termometrin sınması nəticəsində daxilindəki civə ətrafa dağılıb. Maye halında olan kimyəvi element nazirliyin mütəxəssisləri tərəfindən yığılıb və çirklənmiş ərazi demerkurizasiya (məişət şəraitində dağılmış civənin təcili yığılması və ləğv edilməsi) edilib. Əməliyyat saat 11:11-də başa çatıb.

Civə ağır metal, birləşmələri olduqca təhlükəli maddələr olub atmosferi, suyu, qida məhsullarını çirkləndirir. Tərkibində civə olan üzvi birləşmələr, xüsusən metal-civə daha təhlükəlidir. Civə ən toksik metallardan biri olub, ətraf mühitdə geniş yayılıb, trofik zəncirdə bioakkumlyasiya və hərəkət etmə qabiliyyətinə malikdir. Civənin qida zənciri üzrə hərəkətini sadə şəkildə aşağıdakı kimi göstərmək olar: su – dib çöküntüləri – biota (bentos, fito – zooplankton), balıqla qidalanan balıqlar və quşlar.



Civə ətraf mühitə civə tərkibli filizlərin çıxarılması və əridilməsi, sulfid filizlərindən əridib əlvan metalların alınması, filizdən qızıl əldə edildiyi, civətərkibli tibb preparatlarının, sementin istehsalı, daş kömür və mazutun yandırılması zamanı daxil olur. Tullantıların yandırılması zamanı da ətraf mühitə xeyli miqdarda civə daxil olur.

Atmosfer havasında civənin YVK 0,3 mkq/m, içməli suda 0,5 mkq/l, torpaqda isə 2,1 mq/kq təşkil edir.


Xəbəri paylaş

7918 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___