Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İranda orucu belə tuturlar (VİDEO)
Tarix: 29-06-2015 | Saat: 23:20
Bölmə:Karusel / M2 / Xəbəraz TV / İbadət | çapa göndər

İranda orucu belə tuturlar (VİDEO)
Ramazanda Tehranın hər yerində iftardan imsaka qədər canlanma müşahidə olunur.
Xeberaz.az xəbər verir ki, Artıq bir neçə ildir, mübarək Ramazan ayı, yay aylarına təsaduf edir. Tehranda hava tempratoru gün ərzində 35 dərəcəni keçməsi həm də günün 13 saatdan daha uzun olması oruc tutanlara çətin şərait yaratsa da, İran xalqının əksəriyyəti bu ayda ilahi vəzifələrini yerinə yetirirlər.

Ramazan ab-havası bir ay ərzində İranın hər bir guşəsində hiss olunur. Bu ayda küçələrdə və ictimai yerlərdə yeyib-içmək qadağan edildiyindən gündüzlər restoran, kafe və yeməkxanalar bağlı olur.

İftara yaxın isə Tehran küçələrində canlanma baslayır. Axşam azanı veriləndə küçələrdə ailləliklə namaz qılan insanlar daha sonra açıq havada iftar süfrəsi açırlar. İranda iftara hər kəs xüsusi şəkildə hazırlaşır.

“İftar süfrəsində aş, şorba və şirniyyatın olması vacibdir. Bizim üçün çox əhəmiyyətlidir ki, iftara qonaq dəvət edək və başqalarının iftar süfrəsində iştirak edək. Çünki bu ayda iftar verməyin böyük savabı var”, – deyə Tehran sakini Məhşid Nəvaie bildirib.

Ramazan ayı boyunca böyük ticarət mərkəzlərində də müxtəlif tədbirlər keçirilir. İctimai məkanlar iftardan sonra açılır və səhər saatlarına kimi fəaliyyət göstəririr.

Bir sözlə Ramazanda Tehranın hər yerində iftardan imsaka qədər canlanma müşahidə olunur.

Ay ərzində məscidlərdə və evlərdə Quranın qiraətinə həsr olunan dini məclislər keçirilir. O cümlədən də mübarək Ramazan ayının fəlsəfəsi, oruc tutmağın dini və tibbi tərəfləri barədə insanlara məlumat verilir.


Xəbəri paylaş

8138 dəfə oxunub.

Digər xəbərlər
8-03-2022, 15:01 Sabah hava necə olacaq?

bütün xəbərlər
____ Instagram ___