Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Küləklər ağacları qırır, bu adam isə incəsənət yaradır VİDEO
Tarix: 19-03-2015 | Saat: 23:41
Bölmə:Karusel / Dünya / Maraqlı / M2 / Xəbəraz TV | çapa göndər

Küləklər ağacları qırır, bu adam isə incəsənət yaradır VİDEO
Qasırğanın kökündən qopardığı ağacları sənət əsəri şəklində yenidən insanlara təqdim edir. Brazliyada bir heykəltaraş öz faydalı fəaliyyəti ilə San Paulu şəhərinin gözəlliyinə gözəllik qatır.
Bir müddət əvvəl San Pauluda baş verən güclü qasığa 1700-dən çox ağacı aşırıb. Sürəti saatda 90 km-i keçən küləyin yaratdığı dağıntı əlaqədar qurumlarla yanaşı heykəltaraş Hüqo Frankanı da hərəkətə keçirib. O, yollara aşan ağaclardan müxtəlif dizaynlı oturacaqlar hazırlayaraq şəhərin müxtəlif küçələrinə və parklarına düzüb. Bir sözlə, dünənə qədər sadəcə dağıntı və tullantı kimi görünən yaşlı ağaclar indi gəzintiyə çıxan insanların rahatlıq mənbəyinə çevrilib.
Mebellərin ağaclardan hazırlandığı hər kəsə məlumdur. Hətta buna görə dünyanın ağ ciyərləri sayılan müşələr qan ağlayır, hər il milyonlarla ağac mebel istehsal edən şirkətlər tərəfindən qırılır. Hüqo Franka özü də ağacdan divan kreslo hazırlasa da, meşələrin qırılmasına qarşıdır. Deyir cavan ağacları qırmaqdansa, yaşlı ağaclardan mebel hazırlamaq daha məqsədəuyğundur.
Hüqo Frankanın hələ görməli olduğu çox iş var. Ən azından San Pauloda küçə və parklara qoyulan skamyaların hazırlanmasına yararlı ağaclar kifayət qədərdir. Hər həftə azı bir parkı yeni ağac oturacaqlar, skamyalarla təmin edən heykəltaraş ömrünün sonunadək bu işlə məşğul olmağa hazır olduğunu deyir.

[media=https://youtu.be/6v4dhJNkFCg]


Xəbəri paylaş

8288 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___