Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanlı iş adamı minaya düşüb - DONETSKDƏ
Tarix: 29-06-2015 | Saat: 16:19
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Azərbaycanlı iş adamı minaya düşüb - DONETSKDƏ
Ukraynanın Donetsk vilayətində yaşayan azərbaycanlı iş adamı tərəvəzlə yüklü iki avtomobili ilə Rusiyaya keçərkən minaya düşüb.

Xeberaz.az xəbər verir ki, Donetsk vilayəti azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, nəticədə biznesmen və avtomobillərin sürücüləri (yerli sakinlər) ağır yaralanıblar.

Məlum olub ki, iş adamı əslən Gürcüstandan olan, 56 yaşlı Ukrayna vətəndaşı Səlmidar Quliyevdir.

Pomidor və xiyarla yüklü maşınlar iyunun 26-da Ukraynanın Donetsk vilayətinin Rusiya sərhədinə yaxın ərazidə minaya düşüb. Hər iki ayağından ağır yaralanan iş adamı hazırda Donetsk vilayətinin Ukraynanın nəzarətində olan hissəsində xəstəxanaların birinə yerləşdirilib. Onun vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Konqresdən bildirilib ki, son vaxtlar Ukraynadan ticarət məqsədi ilə Rusiya istiqamətində hərəkət edən yük maşınlarının minaya düşməsi halları artıb.


Xəbəri paylaş

6608 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___