Şiə məscidini partlatmış terrorçunun yardımçısı yaxalandı
Tarix: 28-06-2015 | Saat: 11:52
Bölmə:Karusel / Gündəm / Dünya / M2 | çapa göndər
İŞİD hadisə ilə bağlı məsuliyyəti öz üzərinə götürüb.
Küveyt polisi Əl - Küveyt şəhərində terrorçu-kamikadzeni avtomobillə şiə məscidinə gətirmiş qeyri-leqal miqrantı yaxalayıb.
Xeberaz.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, bu barədə Küveyt Daxili İşlər Nazirliyi məlumat yayıb.
Körfəzdə yerləşən bu neft krallığının paytaxtında yerləşən şiə məscidində partlayış iyunun 26-da cümə namazı zamanı baş verib. Hadisə nəticəsində 27 nəfər həlak olub və 230 nəfə yaralanıb.
Həbs edilmiş sürücünün adı Abdurahman Sabah Aydandır. O, 1989-cu ildə anadan olub və Küveyt qeydiyyatı yoxdur. Abdurahman Sabah Aydan Əl-Küveytin cənubunda yerləşən evdə gizlənib. Polisdən hesab edirlər ki, ev sahibi radikal cərəyanların tərəfdarıdır. Sürücünün sərnişinin terrorçu olduğunu bilib-bilmədiyi hələ dəqiq məlum deyil.
Dünən istintaq nəticəsində partlayışla bağlı üç nəfər həbs edilib. Hadisə ilə bağlı məsuliyyəti öz üzərinə İŞİD götürüb.
Eyni gündə terror hadisələri Fransada (1 ölü), Tunisdə (40 ölü) və Somalidə (50 ölü) baş verib. Qər xüsusi xidmət orqanları partlayışların bir-biri ilə bağlı olmasını güman edir. Çünki İŞİD Ramazan ayını "fəlakət dövrü"nə çevirməyə söz vermişdi.
Xəbəri paylaş
5978 dəfə oxunub.
Digər xəbərlər

8-09-2016, 12:05
USM-ə getmədən uşağın cinsini necə bilmək olar?
23-09-2015, 15:36
Azərbaycanda dördüncü mobil operator fəaliyyətə başlayacaq
4-11-2016, 10:54
Alpaqutlar yenidən uşaq evinə baş çəkdilər
29-10-2022, 09:50
“Xəyal etmişdim ki, qaynanamla ana-qız olacağam, amma..."
29-02-2016, 12:31
Şou ulduzu qısa geyindi, "biabır" oldu - FOTO +18
24-10-2015, 12:34
Əli Həsənov: Onlar demokratiya dərsini özlərinə keçsinlər
14-08-2017, 11:27
Azərbaycan sadələşdirilmiş vizaya görə ilk beşlikdədir
4-10-2017, 11:28
Atəşkəs yenə pozuldu