Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Posche" dirəyə çırpıldı, ortadan bölündü (VİDEO)
Tarix: 27-06-2015 | Saat: 16:44
Bölmə:Karusel / Hadisə / M2 / Foto-fakt / Xəbəraz TV | çapa göndər

"Posche" dirəyə çırpıldı, ortadan bölündü (VİDEO)
Yüksək sürətlə hərəkət edən maşını məmur övladı sürüb.
Bu gün səhər saatlarında Rusiyanın paytaxtı Moskvada dəhşətli yol qəzası baş verib. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Bolşaya Yakimanka küçəsində "Posche 911" markalı maşın ortadan bölünüb.

Bahalı maşının qəzaya uğramasına səbəb yüksək sürət həddi olub. Sürət həddinin artması ilə bağlı olaraq sürücü idarəetməni itirib və dirəyə çırpılıb. Maşın zərbənin təsirindən ortadan iki yerə bölünüb.

Hadisə nəticəsində iki nəfər ölüb. Bunlar sürücü və maşındakı sərnişin olub. Maşının sürücüsü İrkutsk vilayətinin keçmiş qubernatorunun oğlu 23 yaşlı İqor Esipovski olub.

Baş verən qəza anbaan müşahidə kameraların yaddaşına düşüb. Kameraların çəkdiklərindən aydın görünür ki, bahalı maşın yüksək sürətlə hərəkət edib. Zərbənin təsirindən avtomobildəkilərdən birinin meyiti hətta pəncərədən çıxaraq bir neçə metr sürünüb və yolun hərəkət olan hissəsinə düşüb.

Keçmiş qubernator özü 2009-cu ilin may ayının 10-da işgüzar səfəri zamanı içərisində olduğu helikopterin qəzaya uğraması nəticəsində ölmüşdü.



Xəbəri paylaş

6408 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___