Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Medal siyahısında hazırkı yerimizi qoruya biləcəyik"
Tarix: 27-06-2015 | Saat: 13:04
Bölmə:Karusel / Gündəm / M2 / Foto-fakt | çapa göndər

"Medal siyahısında hazırkı yerimizi qoruya biləcəyik"


“Əldə etdiyimiz uğur təkcə mənim yox, dövlətimizin, idmançılarımızın uğurudu. Ümid edirəm ki, medal siyahısında hazırkı yerimizi qoruya biləcəyik”.
Xeberaz.az saytının məlumatına görə, bu sözləri Bakı-2015 Avropa Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri Könül Nurullayeva deyib.

Eyni zamanda, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) və Atletika Federasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri bu gün keçirilən mətbuat konfransında qazanılan medalların sayından məmnun qaldığını deyib: “Nümayəndə heyətinin rəhbərinin medalları hesablamaqla yanaşı, başqa işləri də var. Biz nümayəndə heyətinin qayğısına qalmalıyıq. Biz çox yüksək nəticə gözləyirdik və bu nəticə də hamımızı sevindirir”.

Nurullayeva bildirib ki, nümayəndə heyəti tam tərkibdə Atletlər Kəndindədi: “Bir neçə Olimpiadada iştirak etmişəm. Müəyyən təcrübəm var. Olimpiya standartlarından heç də geri qalmır. Hətta bəzi məqamlarda üstələyir”.

O, MOK-un hadisələrdən kənarda qalması ilə bağlı sualı belə cavablandırıb: “MOK gündəlik olaraq, mətbuat konfransı təşkil edir, qalib gələn idmançılarla görüş təşkil edir. Mətbuat da bunu geniş işıqlandırır. Yəni, MOK bu məsələlərdən kənarda deyil”.

Komandamızın şef-de-missionu zədə səbəbindən yarımfinal görüşünə çıxmayaraq, bürünc medalla kifayətlənən boksçumuz Məhəmmədrəsul Məcidovun hazırkı durumunun yaxşı olduğunu deyib: “Dünən bir az problemi var idi. Amma indi hər şey yaxşıdı. Tezliklə məşqlərə başlaya biləcək. Həmçinin digər idmançılarımızın da hamısının vəziyyəti yaxşıdı. Yarışlar da davam edir. Ümid edirəm ki, medallarımızın sayı artacaq”.

Nurullayeva bu Oyunların idmançılar üçün Olimpiadaya yaxşı hazırlıq olduğunu deyib: “Avropa Oyunları 12 idman növündə Rio Olimpiadasına lisenziya və ya lisenziya xalları verir. Bu da bizim nümayəndənin gələcəkdə Olimpiadada daha geniş tərkibdə çıxışına təkandı. Nümayəndə heyəti güclü tərkibdə bu yarışda iştirak edib. Onların içində dünya, Avropa, Olimpiya çempionları var. İnanıram ki, bu, Rio Olimpiadasında komandamıza kömək olacaq”.

O, cüdo yarışlarında Azərbaycan idmançılarının çıxışından sonra zalın boşalması barədə bunları deyib: “Media, rəsmi heyət Oyunları yaxından izləyir. Azarkeşlərin inanılmaz dərəcədə diqqətini görürük. Bəzən zalın boşalması normal haldı. Bu, ciddi nöqsan deyil. Amma ümumilikdə azarkeşlərin dəstəyi yüksək səviyyədədi. Hər bir ölkənin idmançıları alqışlanıb. Bizim nümayəndə heyətinin daha çox alqışlanması isə təbii hal sayılmalıdı”.


Xəbəri paylaş

6308 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___