Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakı-2015: Cüdo yığmamız ippona düşdü - YENİLƏNİB
Tarix: 26-06-2015 | Saat: 21:06
Bölmə:Karusel / İdman / M2 / Fotogalereya | çapa göndər

Bakı-2015: Cüdo yığmamız ippona düşdü - YENİLƏNİB
Bu gün daha 4 çəki dərəcəsində medalçılar məlum olacaq.

Bakı-2015 I Avropa Oyunlarında cüdo yarışları davam edir.

Xeberaz.az Apasport.az-a istinadən xəbər verir ki, bu gün daha 4 çəki dərəcəsində medalçılar məlum olacaq.

Lakin Azərbaycan yığmasının üzvləri çıxışlarını başa vurublar. 3 çəki dərəcəsində tatamiyə çıxan 5 cüdoçumuzun hamısı ipponla uduzaraq, Avropa Oyunlarına vaxtından əvvəl vida edib.

Kişilər 73 kq

Azərbaycanı bu çəkidə təmsil edən Rüstəm Orucov 1/32 final mərhələsini azarkeş kimi izləyib. O, 1/16 finalda Kristofer Voelkə (Almaniya) qalib gələn Yaromir Yezeklə (Çexiya) qüvvəsini sınayıb. Yay Olimpiya Oyunlarının iştirakçısı döyüşə inamlı başlasa da, yekunda məğlubiyyətə üzülüb. O, 86-cı saniyədə ippona düşüb.

Qadınlar 63 kq

Bu çəkidə iki idmançımız çıxış edib və hər ikisi 1/16 finaldan mübarizəyə başlayıb. Xanım Hüseynova ilk qarşılaşmasında Makedoniya cüdoçusu Nikolosko Katerina ilə münasibətlərinə aydınlıq gətirib. Gərgin keçən döyüş həmyerlimizin qələbəsi ilə yekunlaşıb. Hüseynova son saniyələrdə tətbiq etdiyi yuko sayəsində 2:1 hesabı ilə qalib gəlib. O, 1/8 finalda fransalı dünya çempionu Klariss Aqbenenu ilə üz-üzə gəlib və komanda yoldaşları kimi, mübarizəni dayandırıb. Hüseynova 56-cı saniydə ipponla məğlub olub.

Yığmamızın bu çəki dərəcəsində digər cüdoçusu Nuriyyə Axundova kifayət qədər təcrübəli Aqata Ozdoba (Polşa) ilə qarşılaşıb. Lakin döyüş həmyerlimiz üçün uğursuz alınıb. Axundova rəqibi qarşısında cəmi 21 saniyə tab gətirə bilib.

70 kq

Azərbaycan yığması bu çəkidə də iki cüdoçu ilə təmsil olunub. Millimizin üzvü Nərgiz İbrahimova 1/16 finalda özündən 10 yaş kiçik olan xorvatiyalı Barbara Matiçi sınağa çəkib. Təəssüf ki, o, startdaca Oyunlara vida edib. İbrahimova 61-ci saniyədə ipponla uduzub.

Gənc idmançımız Validə Mirzəzadə də ümidləri doğrultmayıb. 1/16 final mərhələsində özündən 7 yaş böyük olan Roksana Teymansla (Belçika) qarşılaşan həmyerlimiz döyüşü sonadək davam etdirə bilməyib. O, 112-ci saniyədə ipponla mübarizəni dayandırıb.

Qeyd edək ki, cüdo yığmamız yarışın ilk günündə 1 gümüş medal qazanıb. 60 kq çəki dərəcəsində Orxan Səfərov yalnız finalda məğlub olub.

11:43

Bakı-2015 I Avropa Oyunlarında cüdo yarışları davam edir.

Xeberaz.az -ın məlumatına görə, bu gün daha 4 çəki dərəcəsində medalçılar məlum olacaq.

Azərbaycan yığmasının 5 cüdoçusu çəki dərəcəsində mübarizə aparacaq. 2 çəkidə təmsil olunmayacağımız halda, 2 çəkidə 2 idmançımız tatamiyə


Xəbəri paylaş

6308 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___