Tarix: 19-03-2015 | Saat: 20:20
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Faktla bağlı araşdırma aparılır.
Fizuli rayonunda yol qəzası baş verib.
Xeberaz.az xəbər verir ki, Fizuli Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, yol qəzası rayonun Böyük Bəhmənli kəndində qeydə alınıb.
Fizuli Rayon Polis Şöbəsi rəisinin şəxsi heyətlərlə iş üzrə müavini, polis mayoru İsa Hacıyevin idarə etdiyi 90-AT-677 dövlət nömrə nişanlı “Chevrolet Niva” markalı xidməti avtomobillə rayon sakini, 1983-cü il təvəllüdlü Elvin Məhəmməd oğlu Əliyevin idarə etdiyi “Opel ” markalı avtomobil toqquşub.
Qəza nəticəsində “Opel” markalı maşının sürücüsü və avtomobildə olan sərnişin, 1964-cü il təvəllüdlü Əşrəf Həsən oğlu Şahbazov müxtəlif bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri stabildir.
Faktla bağlı araşdırma aparılır.
Coşqun Mənsimov
Xəbəri paylaş
Digər xəbərlər