Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bacılardan biri finala çıxdı
Tarix: 25-06-2015 | Saat: 21:22
Bölmə:Karusel / Gündəm / M2 / Foto-fakt | çapa göndər

Bacılardan biri finala çıxdı
Sevil finalda, Sevinc bürünc medalla kifayətləndi
Bu gün Bakı-2015 I Avropa Oyunlarında qılıncoynatma yarışlarında daha 2 dəst medalın sahibi müəyyənləşəcək. ANS PRESS-in məlumatına görə, kişilər rapira, qadınlar sablya növündə mükafatlar uğrunda mübarizə aparır.

Azərbaycan yığması yalnız qadınların yarışında təmsil olunur. 4 qadın sablyaçımız fərdi yarışlarının son günündə mükafatçılar sırasına düşməyə çalışır.

Qadınların yarışı qrup mərhələsi ilə start götürüb. 36 idmançı 6 qrupda mübarizəyə başlayıb. Azərbaycan qılıncoynadanlarından Sevinc Bünyatova A, Fatimə İbrahimova D, Səbina Mikina E, Sevil Bünyatova F qrupunda 1/16 finala vəsiqələr uğrunda mübarizə aparıb.

Öz qrupunda keçirdiyi 5 oyunun hamısında qələbə qazanan Sevinc və Səbinə 1-ci yerin sahibi kimi birbaşa 1/8 finala yüksəlib. Üç qələbə əldə edən Sevillə Fatimə 3-cü yerin sahibi kimi 1/16 finala çıxıb.

Bu mərhələdə polşalı Maqdalena Pasternakı 15:4 hesabı ilə məğlub edib. Fatimə isə italiyalı Rebekka Qarqanoya uduzub – 6:15.

1/8 finaldakı 3 təmsilçimizdən yalnız Mikina məğlubiyyətə üzülüb. O, rusiyalı Yana Obvintsevaya yenilib - 13:15.

“Neftçi İdman Klubu”nu təmsil edən Bünyatova bacıları isə 1/8 finalda da qarşısıalınmaz olub. Sevil rusiyalı Mariya Rideli 15:9, Sevinc isə Qarqanonu 15:7 hesabı ilə məğlub edib. Sevinc bununla həm də komanda yoldaşının qisasını alıb.

1/4 finalda Sevil yunanıstanlı Vasilki Voqioka, Sevinc isə ukraynalı Alina Komaşçuk ilə görüşüb.

Sevinc 15:11, Sevil isə 15:12 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib.

Yarımfinalda Sevil fransalı Marqo Rifkisslə qarşılaşıb. Həmyerlimiz bu dəfə də inamlı çıxış edərək, rəqibindən üstün olub - 15:9.

Onun bacısı isə polşalı Anjelika Vatora 11:15 hesabı ilə uduzaraq, bürünc medalla kifayətlənib. Bu, yığmamızın Avropa Oyunlarında 43-cü mükafatı olub.


Xəbəri paylaş

6368 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___