Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qızlar Krallığı: Bu kənddə oğlanlar gəlin gedir (FOTO)
Tarix: 24-06-2015 | Saat: 11:53
Bölmə:Karusel / Dünya / Maraqlı / M2 / Fotogalereya | çapa göndər

Qızlar Krallığı: Bu kənddə oğlanlar gəlin gedir (FOTO)
Xeberaz.az teqdim edir:
Ailənin sərvəti ən kiçik qıza qalır və uşaqlar analarının soyadını daşıyır.

Hindistanın əsas turizm məkanlarından biri olan Mavlinnonq kəndində möhtəşəm təbiətilə ziyarətçiləri ovsunlayır. Ölkənin şimal şərqində yerləşən Meghalaya əyalətindəki kənd sadəcə təbiətilə deyil, eyni zamanda qadınların suveren olduğu Hasi tayfasının da vətənidir.

Berlinli fotoqraf Karolin Klüppel doqquz aya yaxın hasilərlə birlikdə yaşayıb və “Mädchenland”, yəni “Qızlar Krallığı” adlı sənədli fotosessiya hazırlayıb.

Klüppel Hasi tayfasında qız uşaqlarının özəl bir yeri olduğunu və Hindistan üçün qeyri-adi olan bu halın onlara bir özünə əminlik qazandırdığını deyir. Fotoqraf sənədli fotosessiyasında Hasi qızlarının özündən əmin görünüşlərini və davranışlarını sərgiləyir..

Dünyanın nadir toplumlarından biri olan Hasi mədəniyyətində ailənin sərvəti ən kiçik qız uşağına qalır və uşaqlar analarının soyadını daşıyır.

Hasi tayfası bizdən çox fərqlidir. Yalnız oğlan uşağına sahib olan ailələr uğursuz kimi tanınırlar.

Evliliklər də olduqca fərqli; gənclər evləndikdə bəy gəlinin evinə köçür. Uşaq sahibi olduqda körpəyə ananın soyadı verilir.

Qızlar Krallığının sakinlərinin fotolarını təqdim edirik:
Mənbə ANS-PRESS













Xəbəri paylaş

1 3328 dəfə oxunub.

Digər xəbərlər
24-07-2015, 12:08 DSMF: 23 faiz azalma var

bütün xəbərlər
____ Instagram ___