Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
XX əsrin ən qalmaqallı 10 filmi - +18
Tarix: 22-06-2015 | Saat: 19:23
Bölmə:Karusel / Dünya / Maraqlı / M2 | çapa göndər

Xeberaz.az təqdim edir:


Məşhur “Time Out New York” jurnalı kinemotoqrafiya tarixinin ən qalmaqallı filmlərinin reytinqini tərtib edib.

Siyahıda öndə gedən 10 filmi təqdim edirik:

1. “İsanın dəhşəti”, 2004 (The Passion of the Christ)
XX əsrin ən qalmaqallı 10 filmi - +18
Rejissor: Mel Gibson

Filmdə İsa peyğəmbərin (ə) həyatının son saatları öz əksini tapıb. Təbii səhnələr yəhudi icmalarında qızğın reaksiyaya səbəb olub və onlar filmi antisemitizmdə ittiham ediblər.

2. “İradənin təntənəsi”, 1935 (Triumph des Willens)

Rejissor: Leni Rifenştal

Film Hitler partiyasının Nürnberq qurultayına həsr olunub. Rifenştal Avropada faşizmin təbliğatçısı kimi qəbul olunub.

3. “Saloo, yaxud Sodomun 120 günü”, 1975 (Salò o le 120 giornate di Sodoma)

Rejissor: Pyer Paolo Pazolini

Film “İradənin təntənəsi” kimi faşizm mövzusuna həsr olunub. Ekran əsəri başdan-ayağa İtaliyanın faşist elitasının gənclər və qadınlar üzərində zorakılığından bəhs edir. Almaniya Federativ Respublikasında filmin nümayişinə qısamüddətli qadağa tətbiq edilib.

4. “Millətlərin yaranması”, 1915 (The Birth of a Nation)

Rejissor: Devid Uork Qriffit

Filmdə “Küləklə sovrulanlar” ekran əsərindəki kimi, ABŞ-ın Cənub və Şimalı arasında vətəndaş müharibəsi hadisələri öz əksini tapıb. “Küləklə sovrulanlar” romanının təsiri filmdə hiss olunur. Kinoda afro-amerikalıları qrimlənmiş ağdərili aktyorlar canlandırıblar. Rejissor Qriffit irqçilikdə ittiham olunub.

5. “Yaylı portağal”, 1971 (A Clockwork Orange)

Rejissor: Stenli Kubrik

Film gələcəkdən gələn aqressiv qəhrəman Aleksdən bəhs edir. Ekran əsərində cəmiyyətin gələcəkdə totalitarizm rejiminə keçəcəyi fikirləri və zorakılıq səhnələri tənqidçilərin hədəfinə tuş gəlib.

6. “Eybəcərlər”, 1932 (Freaks)

Rejissor: Tod Brouninq

Filmdə baş rolları fiziki inkişafdan qalmış insanlar oynayır. Rejissor Tod Brauninq insan eybəcərliyini xəstəlik kimi qəbul etməkdə qınanıb.

7. “Viridiana”, 1961 (Viridiana )

Rejissor: Luis Bunyuel

Filmin Kannda təqdimatı Vatikandan qaynaqlanan böyük qalmaqala səbəb olub və o, 16 il müddətinə qadağan edilib. Buna səbəb rejissorun filmdə İspaniya üçün həmin dövrdə qadağan olunan mövzulara toxunması olub: intihar, insest, qadınlara qarşı seksual hərəkətlər.

8. “Parisdə son Tanqo”, 1972 (Ultimo Tango a Parigi)

Rejissor: Bernardo Bertoluççi

Film açıq-saçıq səhnələrlə zəngindir. Bu, bir çox tənqidçilərin italiyalı məşhur kino ustasının əsərini başa düşməsinə mane olub.

9. “Bonni və Klayd”, 1967 (Bonnie and Clyde)

Rejissor: Artur Penn

Rejissor filmdə kriminal aləmdə məşhur olan cütlük - Bonni və Klaydı təsvir edib. Ekran əsərində 60-cı illərin hadisələrinə işarə edilir: Vyetnam müharibəsinə qarşı etiraz aksiyaları, tələbə qiyamları və s.

10. “Zəhər”, 1990 (Poison )

Rejissor: Todd Heyns

Film səfillik mövzusu ilə bir-birinə bağlı olan üç hekayədən ibarətdir. Sərt zorakılıq səhnələri filmin prokat reytinqini aşağı salır.


Xəbəri paylaş

1 4548 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___