Azərbaycan Avrokomissiyanın DESFA üzrə araşdırmalarından narahatdır Nazir bəyanat verdi.
Tarix: 11-03-2015 | Saat: 22:54
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
Yunanıstanın DESFA qazpaylayıcı şəbəkəsində əsas payı almış Azərbaycan Avropa Komissiyasının sazişin Avropa İttifaqı qanunvericiliyi ilə uyğunluğu məsələsinin həllini uzatmasından narahatdır.
Bu barədə EurActiv-a Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib,
Nazir bəyan edib ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) DESFA-nın nəzarət səhm paketini almasında heç bir maraqlar münaqişəsi görmür, çünki Cənub Qaz Dəhlizi ilə nəql olunan qazın sahibi Azərbaycan yox, “Şahdəniz-2” qaz yatağı konsorsiumudur.
“Şahdəniz” yatağının işlənilməsinin operatoru BP şirkətidir. Onun payı 28,8% təşkil edir. Digər tərəfdaşlar Türkiyənin TPAO şirkəti (19%), SOCAR (16,6%), Petronas (15,5%), LUKoil (10%) və NİOC (10%) şirkətləridir.
“Bildiyiniz kimi, Azərbaycanın “Şahdəniz”də 16,6% payı var. Buna görə də, Azərbaycanın qazın sahibi, daşıyıcısı və paylayıcısı olduğunu düşünmürük. Ümid edirəm ki, Avropa Komissiyası bu faktı nəzərə alacaq”, - deyə, N.Əliyev vurğulayıb.
Nazir həmçinin Azərbaycan prezidenti İlham Əliyevin Bolqarıstana səfəri zamanı həmin ölkənin baş naziri Boyko Borisov tərəfindən Nabucco layihəsinin bərpasının aktuallaşması barədə səsləndirdiyi bəyanatı şərh edib.
O vurğulayıb ki, Azərbaycan Cənub axını yaxud Türk axını layihəsi vasitəsilə Rusiyaya 63 mlrd. kubmetr qaz ixrac etməyi planlaşdıran Rusiyaya rəqib deyil.
Onun sözlərinə görə, cari plana uyğun olaraq, Azərbaycan 2019-2020-ci illərdə Avropa İttifaqı ölkələrinə 10 mlrd. kubmetr qaz tədarük edəcək.
Bundan başqa, N.Əliyev qeyd edib ki, respublikada 2,65 trln. kubmetr səviyyəsində qiymətləndirilən əhəmiyyətli qaz ehtiyatları var.
Nazir həmçinin vurğulayıb ki, gələcəkdə əlavə qaz tədarükünü təmin edəcək layihələr ola bilsin revers imkanı ilə nəqletmə marşrutlarının yaradılması üzrə hökumətlərarası sazişlərdən ibarət Nabucco boru kəmərindən fərqlənəcək.
N.Əliyev model qismində BP-nin 2011-ci ildə təklif etdiyi Cənub-Şərqi Avropa qaz kəməri layihəsini qeyd edib. Onun sözlərinə görə, həmin layihə hazır boru kəmərlərindən istifadəyə əsaslanacaq.
Nazir həmçinin vurğulayıb ki, Azərbaycana Stara Zaqora Komotini kimi tanınan Yunanıstan-Bolqarıstan boru kəmərində pay verilərsə, o zaman ölkəmiz Bolqarıstana razılaşdırılmış həcmdən əlavə 1 mlrd. kubmetr qaz tədarük edə bilər. Bu gün Bolqarıstanın qaza tələbatı 3-4 mlrd. kubmetr təşkil
Xəbəri paylaş
8828 dəfə oxunub.
Digər xəbərlər

10-05-2016, 08:57
Ərdoğan Gülü toya dəvət etdi
23-11-2021, 08:40
Azərbaycanda koronavirusa yoluxanların çoxu BU SƏBƏBDƏN ÖLÜRLƏR
2-02-2017, 02:59
ABŞ İrana xəbərdarlıq etdi
9-06-2021, 02:22
Norveçli Samirəyə görə Bakıya gəlir - "Adətlərimiz fərqlidir, bir-birimizi tanımalıyıq"
16-04-2015, 15:16
Binəqədi rayonu ərazisində kirayəşin dəm qazından öldü
25-05-2016, 19:51
Qərbdən jurnalistin azadlığa çıxmasına - Reaksiya
3-12-2015, 13:20
143 müəllim "Ən yaxşı müəllim" müsabiqəsinin növbəti mərhələsində
7-12-2015, 11:41
Ordumuzun zabiti şəhid oldu - FOTO
10-06-2015, 16:25
İncə Maraqlar verlişi bağlanır
26-08-2022, 10:59
Azərbaycan şou-biznesinin ən varlı ifaçıları