Təhlükəli meteoroloji hadisə gözlənilir - XƏBƏRDARLIQ
Tarix: 30-03-2017 | Saat: 16:02
Bölmə:Karusel / Gündəm | çapa göndər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabah baş verəcək təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq edib.
Qurumdan verilən məlumata görə, martın 31-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° aşağı enəcək.
Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-13° isti, Bakıda gecə 4-6° isti, gündüz 10-12° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə sabah bəzi yerlərdə şimşək çaxacağı, şimal və qərb rayonlarından başlayaraq arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 13-18°, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti olacaq.
Tibbi-meteoroloji xəbərdarlığa gəlincə isə, martın 31-də Abşeron yarımadasında atmosfer təzyiqinin qısa müddətdə xeyli yüksəlməsi fonunda güclü xəzri küləyi meteohəssas insanlar üçün çox əlverişsizdir.
Xəbəri paylaş
1 2358 dəfə oxunub.
Digər xəbərlər

27-07-2018, 11:54
Bu gün XXI əsrin ən uzun "Qanlı Ay" tutulması olacaq
24-06-2016, 20:48
Azərbaycan Dillər Universitetində "Brand Training" təlimi keçirildi
25-02-2020, 12:29
Ərdoğan Azərbaycana yola düşdü
16-08-2016, 22:30
Hitlerin "qızıl qatarı" AXTARILIR
12-12-2020, 11:15
İlham Əliyev və xanımı Ümummilli Liderin məzarını ziyarət etdilər
7-03-2017, 23:46
Bu həşəratlar sizə tərəf gəlirsə, deməli ölümünüz YAXINLAŞIR
16-12-2016, 20:28
Avtomobil aşdı, ana və övladı xəsarət aldı
23-07-2023, 10:47
Bakıda ərinin maşınında "pampers" çeki tapan qadın şok gerçəyi öyrəndi - Serial kimi olay - FOTOlar
22-12-2019, 00:02
Millimizin futbolçusu Rusiyada evləndi - FOTO
24-07-2015, 15:38
Valideynlərin nəzərinə - Məktəbli formalarının son qiyməti açıqlandı