Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xəzərdə fırtına həyəcanı: Neftçilər evakuasiya edilir
Tarix: 30-03-2017 | Saat: 13:23
Bölmə:Karusel / Hadisə | çapa göndər

Xəzərdə fırtına həyəcanı: Neftçilər evakuasiya edilir

Martın 31-də dənizdə fırtına gözlənilir. Artıq bu barədə SOCAR-a Milli Hidrometeorologiya Bürosundan telefonoqram göndərilib.

"Xəbəraz.az "xəbər verir ki, SOCAR-ın mətbuat xidmətindən istipress-ə verilən məlumata görə, bütün mədənlərə xəbərdarlıq edilib.

“Fırtına proqnozu səbəbindən yalnız operatorlar öz iş yerlərində olacaqlar. Hasilatı dayandırmaq olmaz axı. Allahın köməkliyi ilə heç nə olmaz”, - SOCAR-dan bildirilib.

Əldə etdiyimiz məlumata görə, martın 31-də dənizdə şimal küləyinin sürətinin saniyədə 38 metrdən yuxarı olacağı gözlənilir. Təhlükəsizlik tədbirləri çərçivəsində mədənlərdən, demək olar ki, işçilərin əksər hissəsi artıq bu gündən evakuasiya edilib. Operatorların sayı isə iki dəfə azaldılıb.

Qeyd edək ki, 2015-ci ilin 4 dekabr tarixində fırtına zamanı “Günəşli” neft yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində 32 nəfər həlak olmuşdu.

2016-cı ilin dekabrında da eyni səbəbdən 10 nəfər itkin düşmüş, bu günə qədər onlardan yeddisinin meyiti tapılıb. Onlardan 7-si operator, 2-si maşinist, biri mexanik olub.


Xəbəri paylaş

6728 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___