Milli Qəhrəman Çingiz Qurbanov haqqında film çəkilib - VİDEO
Tarix: 30-03-2017 | Saat: 13:10
Bölmə:Karusel / Gündəm / Xəbəraz TV | çapa göndər
Azərbaycanın Milli Qəhrəmanı Çingiz Salman oğlu Qurbanov haqqında film çəkilib. Lent.az xəbər verir ki, “ARB Media Qrup” tərəfindən lentə alınan “Çin olan yuxu” adlı ekran işində Milli Qəhrəmanın şərəfli həyat yoluna nəzər salınıb. Filmin çəkilişləri Ç.Qurbanovun doğulduğu Qusar rayonunun Həzrə kəndində, ali təhsil aldığı Azərbaycan Texniki Universitetində və onun xidmət etdiyi Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissədə aparılıb. Filmin ideya müəllifi və baş prodüseri Vəli Turan, quruluşçu rejissoru isə Dəyanət Rzayevdir.
Filmin aprel ayının 1-i, saat 11:00-da Çingizin məzunu olduğu Texkini Universitetində təqdimatı keçiriləcək. Geniş tamaşaçı kütləsi isə filmi aprel ayının 3-ü, saat 21:15-də “ARB TV”-nin efirində izləyə biləcəklər.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Çingiz Salman oğlu Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub.
Ç.Qurbanovun cəsədi Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb. Bakıda təntənəli vida mərasimi keçirildikdən sonra şəhid Ç.Qurbanov fevralın 6-da doğulduğu Qusar rayonunda dəfn edilib.
Fevralın 7-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi barədə Sərəncam imzalayıb.
Xəbəri paylaş
6378 dəfə oxunub.
Digər xəbərlər

9-07-2015, 18:48
Kəlbəcərli girovların taleyi müzakirə olundu
15-12-2015, 10:54
Azərbaycan ordusunun əsgəri şəhid oldu
3-07-2023, 11:44
Abşeronda kişi əmisinə və onun ailə üzvlərinə XƏSARƏT YETİRDİ
9-06-2018, 10:48
Prezident İlham Əliyev: Ermənistanın təcavüzünə son qoyulması üçün indiyədək beynəlxalq birlik tərəfindən təsirli tədbirlər görülməyib
13-08-2021, 10:37
Araz İbrahimov: Koronavirus sonsuzluğa da gətirib çıxara bilir
21-05-2018, 10:13
Xuramanın "ala"sı, Şəbnəmin 590 manatlıq dodağı, qardaşına 20 minlik başdaşı düzəltdirən xalq artisti - HƏFTƏBECƏR
19-02-2017, 11:41
Arvadının telefonundan sevgilisinə mesaj yazıb evə çağırdı – TƏFƏRRÜAT
19-10-2016, 17:00
Səidə Sultandan Elnarəyə sərt CAVAB: "Onu istəyir ki, sirləri açım?"
8-02-2021, 17:44
Günü gündən məşhurlaşan Ramal İsayev dən -Yeniliklər