Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ölkə ərazisində hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
Tarix: 27-03-2017 | Saat: 13:00
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ölkə ərazisində hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

Martın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə zəif duman. Arabir güclənən şimal-qərb küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq.

ETSN-dən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 4-6° isti, gündüz 10-14° isti, Bakıda gecə 4-6° isti, gündüz 12-14° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 757 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, duman olacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 12-17° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.

Martın 28-də ölkə ərazisində hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.


Xəbəri paylaş

8228 dəfə oxunub.

Digər xəbərlər
21-04-2016, 15:21 Bu il meyvə az olacaq

bütün xəbərlər
____ Instagram ___