Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda 4 uşaq atası bulvarda intihar etdi
Tarix: 27-03-2017 | Saat: 11:01
Bölmə:Karusel / Hadisə | çapa göndər

Bakıda 4 uşaq atası bulvarda intihar etdi

Dünən axşam saatlarında Bakı bulvarında özünü dənizə ataraq intihar edən 39 yaşlı Osmanov Kərəm Oruc oğlu 4 uşaq atası olub. İsmayıllı rayonunun Mücü kəndindən olan K.Osmanov Bakıda kirayə yaşayırmış və günəmuzd usta-fəhlə işi ilə məşğul olurmuş.

K.Osmanovu tanıyanlar onu sakit təbiətli şəxs kimi xarakterizə edib və maddi çətinliklərinin olduğunu deyiblər.

Dünən depressiv halda bulvara gələn 39 yaşlı şəxs burada özünü dənizə ataraq həyatına son qoyub. Hadisə şahidləri dənizə xilasedici ip atsalar da o, bundan imtina edib və suyun dibinə enib. Bir qədər sonra isə K.Osmanovun meyiti sudan çıxarılıb.



*****

23:50

Bu gün axşam saatlarında bulvarda özünü dənizə atan şəxsin kimliyi məlum olub. Özünü dənizə ataraq öldürən şəxs 1978-ci il təvəllüdlü Osmanov Kərəm Oruc oğludur. O, İsmayıllı rayonunun Mücü kəndinin sakinidir.

Bildirilir ki, onun şəxsiyyət vəsiqəsi cibindən tapılıb.



Xəbəri paylaş

6358 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___