Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Göbək yağlarını əridən 2 dəqiqəlik ASAN MƏŞQ
Tarix: 25-03-2017 | Saat: 20:17
Bölmə:Karusel / Maraqlı | çapa göndər




Göbək yağlarını əridən 2 dəqiqəlik ASAN MƏŞQ

Göbək bölgəsindəki yağlar bir çox qadının ortaq dərdidir. Göbəkdəki yağlardan xilas olmaq üçün müxtəlif pəhrizlər və məşqlər edilir. Bəs göbək yağlarından xilas olmağın ən yaxşı yolunun nə olduğunu bilirsinizmi? Üstəlik yalnız 2 dəqiqə vaxtınızı aparacaq.

Göbək bölgəsindəki yağlardan xilas olmaq üçün gündə 2 dəfə bu 2 dəqiqəlik masajı edin. Göbəyin daxilinə təsir edən bu məşq detoks təsiri yaradır və göbəkdəki yağları əridir. Təbii ki, təkcə məşq kifayət deyil. Qidalanmanıza da diqqət yetirməyi unutmayın.

2 dəqiqəlik göbək əritmə masajı necə edilir?

1. Düz yerdə arxa üstə uzanın.

2. Əllərinizi isinənə qədər bir-birinə sürtün.

3. Əlinizin birini düz formada göbək dəliyinizin üzərinə qoyun.

4. Kiçik, yumru, saat istiqamətində hərəkətlərlə göbək dəliyinizdən ətrafına doğru masaj edin. Dairələri getdikcə böyüdün. Hər dairə 1-2 saniyənizi almalıdır.

5. Qarın bölgənizdə meydana gəlməyə başlayan istiliyə fokuslanın.

6. İki dəqiqə bu masajı etməyə davam edin.

Bu məşqi səhər yeməyindən və gecə yatmazdan əvvəl tətbiq edin. 2 dəqiqəlik masaj texnikası yalnız göbəkdəki yağları əritmir, eyni zamanda həzmi sürətləndirir, maddələr mübadiləsi və qan dövranını artırır.

Aşağıdakı hallarda bu məşqi etməyin!

- Yemək yedikdən dərhal sonra

- Sidik kisəsi, böyrək və ya öd kisəsi daşı varsa

- Yüksək təzyiqiniz varsa

- Hamilə olduqda

- Qasıq yırtığınız varsa

- Bağırsağınızda və ya mədənizdə yara varsa

- Uşaqlıq, sidik kisəsi, yumurtalıq və ya qadınlıq orqanlarında iltihab varsa


Xəbəri paylaş

9828 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___