Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bəh-bəhlə yediyimiz aşın ZİYANLARI
Tarix: 24-03-2017 | Saat: 17:36
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Bəh-bəhlə yediyimiz aşın ZİYANLARI


Düyü çox faydalı dietik məhsul sayılır. Lakin bunu bütün düyü növlərinə şamil etmək düzgün deyil.

"Xəbəraz.az " saglamolun.az-a istinadən bildirir ki, aş bişirəndə istifadə etdiyimiz ağ cilalanmış düyünün (biz ona "uzun düyü" deyirik) əksinə xeyirdən çox ziyanları var.

Uzun düyünün istehsalı zamanı o, bütün qişalardan təmizlənir. Hansı ki, bu qişalar düyünün əsas faydalı hissəsidir. Onların tərkibinə qidalı liflər, maqnezium, B qrupu vitaminləri daxildir. Emaldan sonra bizə faktiki olaraq yalnız karbohidratlar qalır.

Harvard İctimai Qidalanma Məktəbinin (Harvard School of Public Health) alimləri araşdırmalar zamanı 2-ci tip şəkərli diabetlə ağ cilalanmış düyünün istehlakı arasında əlaqə aşkar edib. Məlum olub ki, yüksək glikemik indeksə malik olan ağ cilalanmış düyünün tez-tez istehlakı şəkər xəstəliyinin riskini artırır.

Nəzərə almaq lazımdır ki, burada söhbət belə düyünü həftədə bir neçə dəfə istehlak edən insanlardan gedir. Əgər siz uzun düyüdən hazırlanmış aşı yalnız bayramlarda və özəl günlərdə istehlak edirsinizsə, burada böyük təhlükə yoxdur.


Xəbəri paylaş

6618 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___