Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Petrosyan: “Qarabağı tanımağı tələb etsək, bizə güləcəklər”
Tarix: 23-03-2017 | Saat: 12:54
Bölmə:Karusel / Siyasət / Qarabağdan xəbər var | çapa göndər

Petrosyan: “Qarabağı tanımağı tələb etsək, bizə güləcəklər”

Erməni xalqı hökumətdən Qarabağ problemini həll etməyi tələb etməlidir.

Bunu Erməni Milli Konqresinin rəhbəri, Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan İctimai televiziyaya müsahibəsində söyləyib.

“Xalq hökuməti seçib və ondan bir şey tələb etməlidir. Bu problemi həll edin, bizim bədbəxtliyimizə, əzablarımıza, övladlarımızın sərhədlərdə gündəlik ölümünə son qoyun. Erməni və Azərbaycan xalqları öz hökumətlərini sülhə məcbur etməlidirlər. Əgər bu olmasa, heç bir həll olmayacaq. Bu gün deyirlər ki, qoy Azərbaycan əvvəlcə Qarabağın müstəqilliyini tanısın, sonra biz əraziləri geri qaytaraq. Bunu necə siyasi düşüncə hesab etmək olar? Serj Sərkisyan necə gedib deyə bilər ki, cənab Putin, cənab Tramp, cənab Olland, mən tələb edirəm? Ona sadəcə güləcəklər”, – deyə, o bildirib.

O, 1988-ci ildən bu yana Qarabağdan vacib məsələnin olmadığını və seçicilərin səsvermə zamanı buna xüsusi önəm vermələri gərəkdiyini söyləyib:

“Bütün siyasi qüvvələr Qarabağ konfliktinin həlli prosesinə aid olan vahid real suala cavab verməlidirlər. Bu, gərək referendum formasında bir şey olsun. Siz Minsk Qrupunun həmsədrlərinin təklif etdiyi həll proqramının imzalanmasına razısınızmı? Biz deyirik, bəli, razıyıq. Ermənistan “Dağlıq Qarabağ”ın nəzarəti altında olan rayonları azad, tarixi, müqəddəs və sairə adlandıra bilər, amma beynəlxalq ictimaiyyət onları işğal olunmuş ərazilər hesab edəcək. Biz bu əraziləri Azərbaycana yox, beynəlxalq instansiyalara verəcəyik. Biz BMT və ATƏT-in tələblərini yerinə yetirməyə məcburuq”.

Eks-prezident Rusiyanın vasitəçilik fəaliyyətlərinə də münasibət bildirib:

“Rusiya bu gün aktiv şəkildə Yaxın Şərq proseslərinə cəlb olunub. Bu proseslər, tezliklə, başa çatmayacaq. Rusiya imkan verə bilməz ki, Yaxın Şərqdə problemlərin olduğu vaxtda Zaqafqaziyada belə münaqişə ocağı qalsın. Rusiyada problemin həllinin açarı var. Qərb Moskvanın onu belə başağrısından azad etməsindən yalnız razı ola bilər. Rusiya bu gün daha çox problemin həllində maraqlıdır”.


Xəbəri paylaş

7918 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___