Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İradə İsaq "Space"in aparıcısını biabır etdi
Tarix: 23-03-2017 | Saat: 12:25
Bölmə:Karusel / Maraqlı | çapa göndər

İradə İsaq "Space"in aparıcısını biabır etdi

"Biri mənə başa salsın... İndi "Space" telekanalının "Xəbərlər" verilişini aparan oğlanın bu qəribə nitqini siz də eşidirsiniz? Bu nə xəbər oxumaqdır, bu nə mənasız səs dəyişimidir? Təvəkkül müəllim (MTRŞ-nın şöbə müdiri - red.), bu cür nitqi olanlara da öz etirazınızı bildirin. Tamaşaçını bu qədər qıcıqlandırmaq olarmı?"

"Xəbəraz.az "qaynarinfo-ya istinadən xəbər verir ki, bu sözləri telejurnalist İradə İsaq sosial şəbəkədəki hesabında yazıb. Onun bu fikrinə həmfikir olanlar çoxluq təşkil edib.

Gördüyündən təəccüblənən İradə İsaq "Space"in aparıcısını terrorçu adlandırıb:

"Televiziyaya baxmıram deyə, ilk dəfə idi görürdüm. Ulduz imiş ki... Qulaqlara terrordur bu, azadlıq olar, belə də yox. İnanın az qaldı ağlım uçsun. Bu təzə xəbər oxumaq dəbidir deyəsən. Radiolarda başlayıb indi də televiziyalara ayaq açdılar. Bəs Dilçilik Qurumları monitorinq keçirirdi, nə oldu?"

İradə İsaqın bu fikirlərinə digər aparıcı Rövşanə Bektaşi də fikir bildirib:

"Dəhşətdir. Baxmaq olmur. Əl-qol ata-ata, mənasız səs tonu, qəribə jestlərlə xəbər oxuyur. Qışqıraraq millətə xəbər sırıyır".

Qeyd edək ki, İradə İsaq hazırda "Lider" telekanalında, Rövşanə Bektaşi isə "ARB"də çalışır.


Xəbəri paylaş

9808 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___