Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycan Gürcüstana məhsul ixracını 42% artırıb
Tarix: 23-03-2017 | Saat: 12:16
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Azərbaycan Gürcüstana məhsul ixracını 42% artırıb

Bu ilin yanvar-fevral ayları ərzində Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 146 mln. 044,9 min dollar təşkil edib. "APA-Economics" Gürcüstan Statistika Xidmətinin açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin iki ayı ilə müqayisədə 43 mln. 517,7 min dollar və ya 42,44% çoxdur.

Gürcüstanın xarici ticarət dövriyyəsinin 10,3%-i Azərbaycanın payına düşür.

Ötən iki ay ərzində Gürcüstandan Azərbaycana 18 mln. 494,1 min dollar məbləğində məhsul ixrac edilib ki, bu da illik ifadədə 8 mln. 391,2 min dollar və ya 83,06% çoxdur. Gürcüstanın ixracının 5,2%-i Azərbaycanın payına düşür.

Bu ilin yanvar-fevral ayları ərzində Gürcüstan Azərbaycandan 127 mln. 550,8 min dollar dəyərində məhsul idxal edib ki, bu da 2016-cı ilin yanvar-fevral ayları ilə müqayisədə 35 mln. 126,5 min dollar və ya 38% çoxdur. Gürcüstanın idxalının 12% Azərbaycanın payına düşür.


Xəbəri paylaş

5568 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___