Azərbaycanın məşhur kosası müflis oldu
Tarix: 21-03-2017 | Saat: 12:10
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
Azərbaycanın milli bayramı sayılan Novruzun atributlarından olan Kosa obrazının ifaçısı Qafar Novruzlu təəssüratlarını bölüşüb.
"Xəbəraz.az " yenicag.az-a istinadən bildirir ki, kefsiz olduğunu deyən Kosa bazarının bağlandığından şikayətlənib.
- Mən əsrin kosasıyam, çox bayramlar yola vermişəm. Yaxşı günlərimiz çox olub. Amma indi vəziyyət elə də ürəkaçan deyil. Yalan nə deyim. İldən-ilə Novruz bayramını cılızlaşdırıblar. Camaatda heç bayram əhval-ruhiyyəsi yoxdur, buna görə mənim də əhvalım yüksək deyil.
- Niyə, nə olub ki, xurcunu doldurmurlar daha?
- Ay rəhmətliyin qızı, camaat özünü güclə dolandırır, kimdir bizə pay verən? Çəkilişlərə gedirəm, studiyada Allahın bir xonçası da yoxdur.
- İndiyə qədər xurcununuza qoyulan ən maraqlı hədiyyəniz nə olub?
- İki yumurta.
- Heç xurcuna pul qoyanlar olur?
- Camaat özü pul tapmır, kimdi bizə pul verən?
- Bəs nə vaxt xurcuna pul qoyurlar?
- Əvvəllər verirdilər, dollar da, manat da. Ən çox qazandığım məbləğ 200 manat olub. Amma indi dolların üzünü televizorda görürük.
- Onu kim vermişdi?
- O məslək sirridir.
- Heç sizi təhqir edənlər olub?
- Yox, yalnız meydan oyunlarında bir-birimizlə güləşmişik. Bilirsiniz ki, mən Ulu Öndərin ən sevimli kosası olmuşam. O, mənə dəyər verirdi, onunla yumurta döyüşdürmüşəm. Bir də Prezidentimlə yumurta döyüşdürmüşəm.
- Heç rəqibiniz var?
- Dərdimi təzələmə, indi bizi sayan yoxdur. Klounlar çörəyimizi əlimizdən alıblar. Bayram günü bizim personajların geyimində olurlar. Qalmışıq ortalıqda, çörək ağacımızı əlimizdən alıblar.
- Bəlkə diqqət çəkmək üçün bir qədər müasirləşəsiniz, onda bazarınız da olar?
- "Skayp"ım var, arada yazışıram. Amma "Vatsap"dan-zaddan başım çıxmır, mən qədimdənqalma kosayam.
Xəbəri paylaş
7568 dəfə oxunub.
Digər xəbərlər

19-05-2016, 16:18
Hərbi Akademiyada elmi konfrans keçirildi
19-10-2016, 17:09
Bura Bakıdır: Ana ilə körpəsinin seldən xilas edildiyi anlar - VİDEO
1-06-2016, 22:45
Almaniya da Britaniyanın qalmasını istədi
23-08-2015, 20:19
Terror qrupu tutulub
27-08-2020, 21:45
Ukraynada avtobus atəşə tutuldu - ölənlər var
20-06-2016, 12:23
Qadın dostu ilə birgə onu güdən ərini döyüb qaçdılar - Ağsuda
8-05-2021, 21:22
Yol polisləri sirkə içən uşağı ÖLÜMDƏN QURTARDILAR - VİDEO
3-11-2020, 19:09
Müharibə Ermənistanı iflasa aparır - Rusiya KİV
26-04-2018, 10:33
Azərbaycandakı vulkanların palçığında qızıl tapılıb