Bakıda saxta məhsullar aşkarlandı - FOTO
Tarix: 15-03-2017 | Saat: 20:41
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
Bakıda "Naxçıvan" adından qeyri-qanuni istifadə etməklə istehsal olunmuş saxta məhsullar aşkarlanıb.
Bu barədə naxcivantv.az-a Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat daxil olub.
Məlumatda qeyd olunur ki, geni modifikasiya olunmuş məhsullardan istifadənin məhdudlaşdırılması, qida əlavələrindən, pestisidlərdən və emulqatorlardan istifadənin ciddi dövlət nəzarəti ilə əhatə olunması son nəticədə geniş ictimai rəydə xüsusi rəğbətə malik, ekoloji təmiz, insan sağlamlığı üçün faydalı və yüksək keyfiyyətli Naxçıvan məhsullarına özünəməxsus imic qazandırıb.
Lakin, bir sıra hallarda Naxçıvan məhsullarının yüksək imicinə xələl gətirə biləcək faktlara, saxtakarlıq hallarına rast gəlirik ki, bu da ciddi təəssüf doğurmaqla istehlakçıların aldadılmasına səbəb olur.
Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən daxili bazarda aparılan müşahidələr üzrə müəyyən olunmuşdur ki, Abşeron rayonu Xırdalan şəhəri İlham Cəfərov küçəsi 45 ünvanında fəaliyyət göstərən fiziki şəxs S.G.Nabatov və Heydər Əliyev prospekti 184 a ünvanında fəaliyyət göstərən fiziki şəxs N.S.Əsgərov tərəfindən istehsal olunmuş 3 çeşiddə kolbasa məhsulları müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmadan, qeyri-qanuni olaraq, Naxçıvan Muxtar Respublikası ilə əlaqəsi olmadan "Naxçıvan" adı ilə markalanmışdır.
Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi istehlakçıların və sahibkarların nəzərinə çatdırır ki, "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikası Qanununa əsasən coğrafi göstəricidən istifadə həmin ərazidə xidmət göstərən sahibkarlar üçün nəzərdə tutulur. Eyni zamanda əmtəə nişanları, coğrafi göstəricilər və ya onlarla qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri-qanuni təchiz olunan mallar kontrafakt-saxta məhsullar hesab edilir.
Belə məhsullara rast gəldikdə Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə operativ məlumat verilməsi xahiş olunur.
Aşkar olunmuş saxtakarlıq hallarına qarşı mübarizə tədbirləri çərçivəsində müvafiq hüquqi prosedurlar başlanılıb.
Xəbəri paylaş
6968 dəfə oxunub.
Digər xəbərlər

26-07-2021, 17:26
Dədəsinə qızıldan heykəl qoyduran icra başçısının tender qalmaqalı
31-05-2019, 15:52
Oqtay Əsədov nazirə şikayətləndi: “Gərək hər dəfə kartdan pul çıxaraq?”
6-05-2023, 11:25
Bu bürclərdən olan QADINLARIN həyatı kəskin dəyişəcək
2-04-2016, 20:40
Ermənilər etiraf etdi: 100-dən çox itkimiz var
17-05-2015, 15:07
Sabah havalar isti keçəcək
12-05-2016, 18:13
"Mən Formula 1-i eyvandan izləmişəm” - Nazir
15-10-2016, 12:22
Metroda gedişhaqqı qalxır? – Rəsmi
25-08-2022, 12:00
Yeni "iPhone"un təqdim olunacağı tarix açıqlandı
2-09-2015, 19:22
Zakir Fərəcov Sumqayıtın icra başçısı təyin olundu
20-09-2019, 17:19
ADU-nun rektoru Polis Akademiyasının nümayəndə heyəti ilə görüşüb - FOTO