Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Uşaqlar ona görə gəldilər ki..." - Professorla xanımı izahat verdilər - VİDEO
Tarix: 15-03-2017 | Saat: 14:35
Bölmə:Karusel / Hadisə / Maraqlı / Xəbəraz TV | çapa göndər

"Uşaqlar ona görə gəldilər ki..." - Professorla xanımı izahat verdilər - VİDEO

Cənubi Koreyadakı Pusan Universitetinin professoru Robert Kelli martın 10-da BBC -yə müsahibə verirdi. Proqrama Skype vasitəsilə qatılmış professor Cənubi Koreyada prezidentə qarşı impiçment və bu situasiyanın yaratdığı problemlərdən danışırdı.
Professor danışarkən otağın qapısı açılıb, əvvəlcə içəri Kellinin qızı, sonra kiçik oğlu giriblər. Sonucda Kellinin xanımı otağa az qala şütüyərək girib və uşaqları aparıb.

Sosial şəbəkə istifadəçiləri və BBC-nin tamaşaçıları nədənsə xanımı uşaqların dayəsi sanmışdılar.

Professor R.Kelli və xanımı Çon Kim olaya aydınlıq gətriblər: "Birbaşa efirdə danışığımla otaqdakı görüntülər arasında təxminən 20 saniyəlik fərq vardı. Ona görə xanımım otaqda nələr baş verdiyini dərhal anlamadı. Qızım Merion otağa girəndən 20 saniyə sonra o, hər şeyi gördü. Daha sonra otağa oğlum Ceyms girdi. Bu səbəbdən də Çon otağa hövlnak, qaçaraq girmişdi. Səhv məndə idi, gərək otağın qapısını bağlayaydım".

Professor otağında uşaqların oyuncaqlarının və kitablarının olduğunu, qızı ilə oğlunun bu səbəbdən otağa girdiklərini deyib.

"Mən ümid edirdim ki, müsahibəni dayandıracaqsınız, mən də, sanki, heç nə olmayıbmış kimi otaqda oturacağam", - R.Kelli BBC-yə müsahibəsində söyləyib.

Onun sözlərinə görə, BBC-nin bir daha ona zəng etməyəcəyini düşünürdü: "Yunqa davranışına görə medal düşür".

Professor Robert Kellinin müsahibəsi sosial şəbəkələrdə yayılandan sonra o, internet sensasiyasına çevrilib.




Xəbəri paylaş

6948 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___