Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
18 il öncə arvadını itirən qoca ÜRƏKLƏRİ DAĞLADI: "Həftədə 3 dəfə məzarına gəlirəm" - VİDEO - FOTO
Tarix: 11-03-2017 | Saat: 19:01
Bölmə:Karusel / Maraqlı / Xəbəraz TV | çapa göndər

18 il öncə arvadını itirən qoca ÜRƏKLƏRİ DAĞLADI: "Həftədə 3 dəfə məzarına gəlirəm" - VİDEO - FOTO

Gəncə sakini olan Tağı dayı 18 ildir həyat yoldaşının vəfat etməsinə baxmayaraq onu tək buraxmır.

"Xəbəraz.az "ARB TV-yə istinadən xəbər verir ki, onun sədaqəti və vəfası çoxlarını təsirləndirir.

Tağı Tağıyev: "Səhər piyada 4-5 kilometrlik məsafəni qət edib onun məzarına gedirəm. Nə qış, nə yay, nə payızın fərqi yoxdur. 1999-cu ilin iyun ayının 9-u torpağa tapşırdım. Basdıranda dedim ki, nə qədər əlim-ayağım tutur səni unutmayacam. Ona görə ki mənim bir kəlməmi iki eləməzdi. Bir il hər gün gedib- gəldim. Sonra günaşırı. İndi isə həftənin 2, 4 və 6-cı günləri gəlirəm.

Elə olur ki, əlavə günlər də gəlirəm. 18 ildə cəmi 3 gün işlə əlaqədər gələ bilməmişəm. Gecə yuxuma girib dedi ki, elə bildim ağrıdın, ona görə gəlmədin. 1966-cı ildə ailə qurduq və 4 uşağımız oldu. Onun məzarının yanında bağ salmışam. Həyətimdə əkdiyim 5 illik tut ağacını kökündən çıxarıb burada əkmişəm. Üstünə yazmışam ki, yeyin, amma qırmayın. Bu meyvələrdən bir dənə də yeməmişəm. 41 il qaz idarəsində qaynaqçı işləmişəm. Saat kimi işləyirdim. Onu itirəndən sonra belə oldum. Onu unutmayacam".