Oğurluqda təqsirləndirilən qadın təcridxanasında uşaq dünyaya gətirib
Tarix: 09-03-2017 | Saat: 13:50
Bölmə:Karusel / Hadisə | çapa göndər
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Xalidə Bəkirova və Gülşən Bəkirovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
APA-nın xəbərinə görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Prosesdə bildirilib ki, X.Bəkirova 3 gün əvvəl Bakı İstintaq Təcridxanasında uşaq dünyaya gətirib. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları körpəni məhkəməyə gətiriblər.
Məhkəmə baxışı martın 15-nə təyin edilib.
Qeyd edək ki, ötən il dekabrında Bakıda mənzillərin birindən 12 min manat dəyərində qızıl zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan 1993-cü il təvəllüdlü Yevlax rayon sakini Xalidə Bəkirova və Gülşən Bəkirova tutulub.
Faktla bağlı Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə cinayət işi açılıb.
Xəbəri paylaş
7368 dəfə oxunub.
Digər xəbərlər

24-11-2016, 17:20
Avropa İttifaqı Türkiyə ilə müzakirələri dondurdu - SON DƏQİQƏ
20-06-2017, 17:35
Məşhur həkimdən enerji içkiləri haqda rəy: “...sistemi pozur”
4-12-2017, 14:14
Qabığı özündən də şəfalı meyvə - MÖCÜZƏVİ FAYDALARI
5-08-2023, 10:35
Romada uşaq parkına Putinin heykəli qoyuldu - Fotolar
21-07-2017, 16:44
Bakıda daha iki qız itkin düşdü
5-03-2017, 15:36
BMT: 45 min sakin Mosulu tərk etdi
23-05-2016, 17:51
Gömrükdə metal detektor aşkarlandı
10-03-2016, 15:55
Neftin qiyməti 60 dolları keçə bilər
7-02-2016, 17:59
Dünyanın ən böyük ordusu olan ölkələr bunlardır - Siyahı