Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Çox yatmaq beyini zəiflədir
Tarix: 07-03-2017 | Saat: 15:59
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

Çox yatmaq beyini zəiflədir

Yuxusuzluq insanın sağlamlığına ciddi ziyan vurur, ürək-damar, sinir, mübadilə, xərçəng xəstəliklərinin riskini artırır, immun sistemini zəiflədir, piylənməyə səbəb olur.
Lakin alimlərin fikrinə görə, çox yatmaq da sağlamlıq üçün ziyanlıdır.
"Xəbəraz.az "saglamolun.az saytına istinadən bildirir ki Boston Universiteti alimlərinin son araşdırmaları göstərib ki, gecə 9 saatdan çox yatan insanlarda demensiyanın (ağıl zəifliyi) və Alsgeymer xəstəliyinin riski artmış olur. Bəzi araşdırmalar göstərir ki, 9 saatdan çox yatan yaşlı insanlarda demensiyanın riski 6 dəfə (!) artır. Bu əsasən alı savadı olmayan insanlara aiddir. Savadlı, əqli fəaliyyəti ilə məşğul olan insanlarda demensiyanın riski az olur.
Bundan əlavə daim 9 saatdan çox yatan insanlarda intellektin və yaddaşın kəskin zəifləməsi, beyinin kiçilməsi kimi simptomlar müşahidə olunur.
REUTERS-ın məlumatına görə, bu xüsusilə yaşlı insanlara aiddir. Lakin cavanlar üçün də çox yatmaq faydalı sayılmır.
Alimlərin fikrinə görə, normal gecə yuxusu 6-8 saat olmalıdır.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada 7,7 mln. insan demensiya xəstəliyinə tutulur.


Xəbəri paylaş

9048 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___