Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
I sinfə şagird qəbulu yenə elektron qaydada keçiriləcək - ƏMR
Tarix: 06-03-2017 | Saat: 17:56
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər

I sinfə şagird qəbulu yenə elektron qaydada keçiriləcək - ƏMR


Təhsil naziri Mikayıl Cabbarov 2017/2018-ci dərs ili üçün I sinfə şagird qəbulunun elektron sistem vasitəsi ilə həyata keçirilməsi barədə əmr imzalayıb.

Təhsil Nazirliyindən verilən məlumata görə, 2016/2017-ci dərs ilində Bakı şəhərinin ümumtəhsil məktəblərində, eləcə də Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalarda I sinfə şagird qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ərizələrin onlayn qeydiyyatı aparılmaqla elektron sistem vasitəsilə həyata keçirilib, həmin məktəblərdə I sinfə 44 min nəfərdən artıq uşaq qəbul edilib.

I sinfə qəbul üçün ərizələrin elektron qeydiyyatının bu prosesin düzgün tənzimlənməsinə, şagird sıxlığı ilə əlaqədar problemlərin vaxtında müəyyənləşdirilməsi və operativ həllinə zəmin yaratması və ictimaiyyət arasında rəğbətlə qarşılanması 2017/2018-ci dərs ilində də ərizələrin qəbulunun bu yolla aparılmasına etibarlı əsas verir.

Təhsil nazirinin yeni əmrinə əsasən, Bakı şəhərinin ümumtəhsil məktəblərində, eləcə də Təhsil Nazirliyinin bilavasitə tabeliyindəki lisey və gimnaziyalarda 2017/2018-ci dərs ili üçün I sinfə şagird qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ərizələrin onlayn qeydiyyatı aparılmaqla elektron sistem vasitəsilə həyata keçiriləcək.


Xəbəri paylaş

8048 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___