Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Məcburi köçkün qonşusunu şişlə öldürdü - Yataqxanada
Tarix: 06-03-2017 | Saat: 11:55
Bölmə:Karusel / Hadisə | çapa göndər

Məcburi köçkün qonşusunu şişlə öldürdü - Yataqxanada



Bakıda qətl törədilib.

APA-nın məlumatına görə, hadisə Xətai rayonu Neapol küçəsi 24 ünvanında yerləşən, məcburi köçkünlərin məskunlaşdığı yataqxana binasında baş verib.

Cəbrayıl rayonundan olan məcburi köçkün, 1960-cı il təvəllüdlü Səxavət Xaləddin oğlu Mehdiyev qonşusu, Ağdam rayonundan olan məcburi köçkün, 1971-ci il təvəllüdlü Müşfiq Aydın oğlu Şükürovu şişlə öldürüb.

Məlumata görə, yuxarı mərtəbədə yaşayan M. Şükürovun televizor və maqnitofona yüksək səs verməsi qonşular arasında mübahisəyə səbəb olub. Alt mərtəbədə yaşayan S. Mehdiyev çıxış yolunu qonşusunun işığını kəsməkdə görüb. Bundan sonra mübahisə daha da qızışıb. M. Şükürovun S. Mehdiyevin ünvanına söyüş söyməsi isə son hədd olub və S. Mehdiyev kabab çəkilən şişi qonşusunun bədəninə soxaraq onu öldürüb.

Hadisəni törədən S. Mehdiyev tutulub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Xəbəri paylaş

5878 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___