Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mal ətindən sonra toyuq da bahalaşdı - Günahkar kimdir?
Tarix: 05-03-2017 | Saat: 22:15
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Mal ətindən sonra toyuq da bahalaşdı - Günahkar kimdir?

Mal və qoyun ətinin bahalaşmasının ardından quş ətinin də qiyməti qalxıb. Bahalaşma yerindən asılı olaraq 20 qəpik ilə 1 manat 50 qəpik arasındadır. Bəs bahalaşmanın səbəbi nədir, və nə vaxtadək davam edəcək?

"Xəbəraz.az " Xezerxeber.az-a istinadən xəbər verir ki, toyuq ətinin qiyməti artıb. Satıcıların sözlərinə görə bahalaşma son günlər qeydə alınıb. Firmasından asılı olaraq qiymətlərdaki bahalaşma 20 qəpik ilə 1 manat 50 qəpik arasındadır.
Toyuq ətinin bahalaşması mağazalarla bazarlarda fərqlidir. Mağzalarda bahalaşma 20-50 qəpik arasında dəyişirsə, bazarlarda artım 1 manatdan yuxarıdır. Satıcılar qiymətlərin quş əti istehsalçıları tərəfindən qaldırıldığını iddia edir. Onların fikrincə bayramla əlaqədar bahalaşma davam edəcək.

Broyler firmalarını birləşdirən Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev isə qiymətlərin qalxmasına görə satış mərkəzlərini ittiham edir. Onun sözlərinə görə toyuq ətinin qiyməti mağaza rəhbərləri tərəfindən süni yolla artırılıb. Məhsulun arxasındakı məlumat kağızı mağazada vurulduğundan qiyməti də onlar təyin edirlər. Toyuq məhsulunun topdan satış qiymətində heç bir qiymət artımından söhbət gedə bilməz.



Xəbəri paylaş

1 0588 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___