Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanlı milyarder Rəşad Sadıqova 1 MİLYON TƏKLİF ETDİ
Tarix: 03-03-2017 | Saat: 12:37
Bölmə:Karusel / İdman / Maraqlı | çapa göndər

Azərbaycanlı milyarder Rəşad Sadıqova 1 MİLYON TƏKLİF ETDİ


Milli komandanın və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov ötən gün "CBC Sport"un "İmza" verilişinin qonağı olub.

Jurnalistin kapitana ünvanladığı ""Neftçi"də oynadığınız vaxtlarda deyilənə görə, sizə "Xəzər Lənkəran"dan 1 milyonluq transfer məbləği təklif edilib. Bu söz-söhbət həqiqətdirmi?" sualına Rəşad belə cavab verib:

"Belə bir danışıq olmuşdu. Mənə 2 illik müqavilə təklif olunmuşdu. 2 illik müqavilə hətta 1 milyondan da çox edirdi. Hərdən qarışdırırlar ki, "Rəşada 1 ilinə 1 milyon təklif edilib". Amma, əslində, o məbləğ iki il üçün nəzərdə tutulurdu. "Xəzər Lənkəran" rəhbərliyi ilə görüşdük də. Mən o görüşə getdikdə "Neftçi" rəhbərliyini xəbərdar etmişdim ki, məni belə bir görüşə çağırıblar. Hörmət əlaməti olaraq "Xəzər Lənkəran" rəhbərliyinin görüşünə gedəcəm.

"Neftçi"yə bildirməmişdim fikrim nədir. Amma qərarımı bilirdim. Hardasa 30-40 dəqiqə aramızda danışıq oldu, "Lənkəran" rəhbərliyi ilə tanış olduq. Çünki o adam Azərbaycan futbolu üçün çox şey edib. Və görüşdə qəti bildirdim ki, "Neftçi"dən ayrılmaq istəmirəm".

R.Sadıqov konkret ad açıqlamasa da, görüşdüyü şəxsin, "Xəzər Lənkəran" klubunun sahibi Mübariz Mənsimov olduğu ehtimal edilir.


Xəbəri paylaş

1 1378 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___