Azərbaycanda sığınacaq axtaranlar hansı ölkələrin vətəndaşlarıdır?
Tarix: 27-02-2017 | Saat: 22:26
Bölmə:Karusel / Maraqlı | çapa göndər
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyi tərəfindən ölkədə 1423 qaçqın və sığınacaq axtaran şəxs qeydiyyata alınıb.
"Xəbəraz.az "xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.
Nümayəndəlikdən bildirilib ki, qaçqın və sığınacaq axtaran şəxslərin çoxu Əfqanıstan vətəndaşlarıdır. Bu siyahıda 2-ci yeri çeçenlər (Rusiya vətəndaşı) tutur.
Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycandakı qaçqın və sığınacaq axtaran şəxslərin 47 faizi (668 nəfər) Əfqanıstan vətəndaşı, 39 faizi (556 nəfər) çeçen (Rusiya), 4,9 faizi (69 nəfər) İran vətəndaşı, 3 faizi (43 nəfər) Pakistan vətəndaşı, 2 faizə yaxını (23 nəfər) Suriya vətəndaşıdır. Qalan 4,5 faiz (64 nəfər) isə digər dövlətlərdəndir.
Nümayəndəlikdən əlavə edilib ki, qaçqın və sığınacaq axtaran şəxslərin ilk növbədə öz ölkələrinə könüllü qayıdışı üçün cəhd göstərilir. Bu mümkün olmadıqda yerli inteqrasiya proqramları həyata keçirilir. Bu variant baş tutmadıqda, yaxud müəyyən səbəblər olduqda, yəni şəxsin sağlamlığı üçün müəyyən problemlər yarandıqda, şəxs olduğu ölkə üçün təhlükə törətdikdə və ya olduğu ölkədə onun həyatı, sağlamlığı üçün təhlükə yarandıqda o, başqa ölkələrə göndərilir. Bu zaman Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə layihə çərçivəsində həmin şəxs Avropa ölkələrinə, ABŞ-a, yəni qaçqınları qəbul edən ölkələrdən birinə göndəriilir.
Xəbəri paylaş
7598 dəfə oxunub.
Digər xəbərlər

3-09-2023, 08:48
Çingiz Abdullayev: "Ölkədən həmişəlik getmək vaxtıdır"
29-08-2021, 11:44
Dünyada internet günlərlə kəsilə bilər - Araşdırma
11-07-2017, 14:09
Qarabağda məhv edilən erməni əsgərin FOTOları
10-04-2015, 17:51
Vətəndaşların rahatlığını təmin etmək üçün xüsusi müasir avtobuslar xidmətə buraxılacaq.
25-10-2016, 15:14
Dekabrda dolların bahalaşacağı dəqiqləşir
14-07-2023, 18:51
Pis həyat yoldaşı ola biləcək BÜRCLƏR
19-07-2021, 11:43
Axşamdan 4-5 badam suda isladıb səhər yeyin. İnanılmaz faydaları!
17-09-2017, 09:32
Ev şəraitində hazırlanan təbii diş məcunu - Həkimə getməyə ehtiyac qalmayacaq - FOTOLAR
28-02-2022, 12:57
Ukrayna Rusiyanın itkilərini açıqladı - 5300 ölü, 200 tank...