Gələn ayın yarısı qeyri-iş günü olacaq - 14 gün
Tarix: 27-02-2017 | Saat: 15:41
Bölmə:Karusel / Gündəm | çapa göndər
Azərbaycanda mart ayı ərzində bayram və istirahət günləri nəzərə alınmaqla, 14 günədək qeyri-iş günü olacaq.
"Xəbəraz.az "Trend-ə istinadən xəbər verir ki, mart ayı ərzində 2 bayram qeyd olunacaq. Ölkə qanunvericiliyinə uyğun olaraq, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə 1 gün, Novruz bayramı münasibəti ilə 20-24 mart tarixləri, yəni 5 gün qeyri-iş günü hesab edilir. Bu il Novruz bayramı günlərində 5 günlük iş həftəsi ilə işləyənlər 9 gün, başqa sözlə martın 18-dən 27-dək (martın 27-də iş günü olacaq) istirahət edə biləcəklər.
Ümumilikdə, bayram və istirahət günləri nəzərə alındıqda dövlət müəssisələrində 5 günlük iş həftəsi ilə çalışan işçilər mart ayı ərzində 14 gün, 6 günlük iş həftəsi ilə çalışanlar 10 gün istirahət edə biləcəklər.
Qeyd edək ki, 2017-ci ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan 5-i bayramqabağı, 1-i Ümumxalq Hüzn Günü qabağı iş günləridir), iş günü hesab edilməyən 110 istirahət günü (onlardan 4-ü iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşən, 1-i isə Ramazan bayramının bir gününün iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşən), iş günü hesab edilməyən 17 bayram (4-ü istirahət günləri ilə üst-üstə düşən) və 1 Ümumxalq Hüzn Günü var.
Azərbaycan Respublikasının 30 dekabr 2005-ci il tarixli "Əmək məcəlləsində əlavə və dəyişikliklərin edilməsi haqqında" Qanununa əsasən, bayram günləri həftə sonuna düşdükdə, bu bayramlar növbəti iş günlərinə keçirilir.
Xəbəri paylaş
7938 dəfə oxunub.
Digər xəbərlər

4-09-2017, 11:14
Aygün Kazımova Türkiyə jurnalında: "Aygün Kazımova səhnə həyatının 30 ilini qeyd edir" - Foto
6-09-2016, 00:30
Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin “Vətənpərvərliyinin təbliğində ictimai dəstəyin artırılması” adlı layihəsinin yekun tədbiri
11-02-2023, 11:07
Yalnız qadınlar üçün faydalı olan içki, bu içki milyonlarla qadının həyatını dəyişib
30-03-2017, 13:12
"Məhkəmələrdəki 700 min işin 40 %-i banklarla bağlıdır" - Rüfət Aslanlı
14-03-2015, 16:02
Binə Ticarət Mərkəzində yanğın - FOTOLAR
9-08-2016, 01:52
Günün qoroskopu: hücum taktikası seçməyin
27-04-2018, 10:58
Dələduzluqda ittiham olunan vəkil haqda qərar verildi
1-04-2017, 11:57
Dünənki küləyin sürəti açıqlandı
11-05-2015, 13:49
Ana qızının hamilə qalmasını görəndən sonra məsələdən xəbər tutub ki,Səbəbkar ATA-dır