Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Milyonçu oğlunun dəhşətli qəzası: 4 ölü - Video
Tarix: 27-02-2017 | Saat: 13:43
Bölmə:Karusel / Hadisə / Dünya / Xəbəraz TV | çapa göndər

Milyonçu oğlunun dəhşətli qəzası: 4 ölü - Video

"Xəbəraz.az "xəbər verir ki, “Porşe” avtomobili yüksək sürətlə dayanacaqda dayanmış “Honda Civic” avtomobilinə çırpılıb.

Nəticədə biri 3 yaşlı uşaq olmaqla, 4 adam ölüb.

“Porşe”nin sükanı arxasında “Jumbo” supermarketlər şəbəkəsinin sahibinin oğlu Apostolos Vakakis Yorqos olub.

Təhlükəsizlik kameralarından əldə olunan görüntülərdə “Porşe”nin sürücüsünün idarəetməni itirərək dayanacaqdakı avtomobilə çırpılmağı görünür. Qəza nəticəsində hər iki avtomobil yanıb.

Yunan mətbuatının yazdığına görə, ABŞ-da universitet tələbəsi olan Yorqaos Vakakis bir neçə gün əvvəl Yunanıstana tətilə gəlibmiş. “Porşe”nin sürücüsü yanaraq ölüb, sərnişini isə zərbənin təsirindən maşından çölə çıxıb və aldığı zədədən yerindəcə keçinib.

Dayanacaqdakı maşında olan 33 yaşlı qadın da azyaşlı övladı ilə birgə qəzanın qurbanı olub.

Qeyd edək ki, Yorqos Vakakis “Jumbo” şirkətində atasının varisi hesab olunurdu. Şirkət 80-dən artıq mağazası var, onlardan 52-si Yunanıstanda yerləşir. Şirkətin 2015-ci ildəki gəliri 782 milyon avro olub.





Xəbəri paylaş

1 0038 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___