Türkiyə XİN cəbhədə baş vermiş son hadisə barədə bəyanat yayıb
Tarix: 26-02-2017 | Saat: 23:34
Bölmə:Karusel / Siyasət / Gündəm / Dünya | çapa göndər
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) bu il fevralın 24-dən 25-ə keçən gecə təmas xəttində Ermənistanın Azərbaycana qarşı ağır silahlarla olan hücumunu qınayıb.
Türkiyə XİN-dən APA-ya daxil olan məlumatda şəhidlərə Allahdan rəhmət dilənib, ailələrinə və bütün Azərbaycan xalqına başsağlığı verilib, yaralılara şəfa istənilib.
“Ermənistan yarım əsrdir ki, Azərbaycan torpaqlarının beşdə birini işğal altında saxlayır. 2016-cı ilin aprel ayında təmas xəttində və Azərbaycan-Ermənistan sərhədinin bəzi hissələrində yaşanan şiddətli qarşıdurmaların təkrar yaşanmaması üçün Ermənistanı atəşkəsə riayət etməyə və işğala son verməyə dəvət edirik” deyə, bəyanatda bildirilir.
Məlumatda o da qeyd edilib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılan ATƏT-in Minsk Qrupunun üzvü olan Türkiyə münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli və daimi həllini dəstəkləməyə davam edəcək. Türkiyə, həmçinin, Minsk qrupunun münaqişənin həlli yönündəki cəhdlərinin sürətləndirlməsinin vacibliyini də qeyd edib.
Xəbərə görə, Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu cəbhədə baş vermiş son insidentlə bağlı azərbaycanlı həmkarlı Elmar Məmmədyarovla telefonla danışaraq ətraflı məlumat alıb.
Xəbəri paylaş
6978 dəfə oxunub.
Digər xəbərlər

9-03-2016, 20:18
Yeni silah: təyyarə vurulmur, ələ keçirilir - Video
15-06-2016, 12:24
İranın taleyi həll olunur – Norveçdə
1-11-2016, 13:56
Hakimi təhqir etdilər, cəzalandılar
29-08-2017, 11:13
Azərbaycanda uşaqlara ilk dəfə verilən 4 AD
4-10-2020, 07:27
Türk mediası Ordumuzun Suqovuşan qələbəsindən YAZDI
21-03-2015, 15:00
DÜNYANIN ƏN TÜKLÜ QIZI VİDEO ŞƏRHSİZ