Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Donald Trampın sensasion açıqlamaları: "Media düşmən, immiqrantlar pis, terroristlər radikal islamçıdır"
Tarix: 24-02-2017 | Saat: 22:55
Bölmə:Karusel / Siyasət | çapa göndər

Donald Trampın sensasion açıqlamaları: "Media düşmən, immiqrantlar pis, terroristlər radikal islamçıdır"

ABŞ-ın yeni prezidenti: "Mən dünyanı deyil Amerikanı təmsil edirəm, hər yerdə və hər şeydə ilk öncə Amerika gəlir", - MSF Konfransında çıxışından önəmli məqamlar

"Xəbəraz.az " xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Mühafizəkar Siyasi Fəaliyyət Konfransında çıxış edib. O, bir sıra ictimai-siyasi və xarici məsələlərə toxunaraq administrasiyasının gördüyü işlər barədə danışıb. Hədəfi isə yenə də media, Obama dövrü və miqrantlar olub. Tramp seçki kampanyası zamanı verdiyi sözləri yerinə yetirəcəyini bildirib.
Konfransda hər kəsi salamlayaraq çıxışına başlayan Tramp ilk sözünü medianı "şərəfsiz" adlandırmaqla başlayıb: "Media düşünmürdü ki, biz qalib gələcəyik. Ekspertlər düşünmürdü ki, biz qalib gələcəyik. Onlar xalqın gücünə inanmadılar və xalq sübut elədi ki, onlar səhv ediblər, çünki biz qalib gəldik", deyərək, xüsusilə medianı tənqid edib.

Medianı xalqın düşməni adlandırıb

"Mən sizə demək istəyirəm ki, biz yalan xəbərlərlə mübarizə aparırıq. Bir neçə gün bundan əvvəl mən yalan xəbərləri xalqın düşməni adlandırdım, çünki onların mənbəyi yoxdur. Onlar mənbəyi də, xəbəri də özləri uydururlar. Onlar şərəfsiz insanlardır", deyə Tramp çıxışına davam edərək bu əslində onun mediaya qarşı olması demək deyil. Prezident qeyd edib ki, onun haqqında pis əhvalatlar deyə bilərlər, əgər o, buna layiqdirsə. Lakin həm də qeyd edib ki, o, yaxşı əhvəlatları sevir.

CNN "Clinton News Network "dür

Tramp təkrarən mediaya qarşı olmadığını, yalnız yalan əhvalatlar uyduran insanlara qarşı olduğunu təkrar-təkrar vurğulayaraq, sonda CNN kanalını " Clinton News Network" adlandırıb. Trampın dediyinə görə, "Cnn", "ABC" və "CBS" ona səs verənləri məyus etmək üçün yalan sorğular keçirirlər, yalan xəbərlər verirlər.

Mediaya savaş elan etdi

"Onlar deyir ki, "Birinci Dəyişiklik"ə görə biz onların xəbərlərini tənqid edə bilmərik. Heç kim " Birinci Dəyişiklik"-yi mənim qədər sevə bilməz. Biz cəsarətli olmalıyıq, yalan xəbər xalqı təmsil etmir."

Çıxışını davam etdirərək Tramp bildirib ki, onun qələbəsi mühafizəkar dəyərlərə inanların sayəsində olub. "Bizim qələbəmiz Amerika işçisinin qələbəsidir", Tramp deyib.
Tramp qeyd edib ki, onun başladığı hərəkat Amerikan xalqını ən birinci və güclü etmək məqsədini daşıyır.

Meksika divarı tikiləcək

ABŞ Prezidenti eyni zamanda Meksika divarı məsələsinin gündəmdə olduğunu və icraat üçün cədvəlin qurulduğunu elan edib.

İmmiqrantlar ölkədən çıxarılacaq

"Biz pisləri (immiqrantları) ölkədən çıxaracıq" deyərək bu barədə verdiyi sözü tutacağını təkrar elan edib.

Obamanı yenə pisləyib və boş sözlər erasının bitdiyini bəyan edib

"Biz səkkiz il ərzində ikiyə qatlanan borcla üz-üzə qaldıq. Təsəvvür edirsinizmi darmadağın mili siyasət mirasımız oldu. Boş vədlər erası sona yetib, artıq hərəkət etmək vaxtıdır", Tramp deyib.

Tramp daha sonra qanunvericilik və Trans-Pasifik Əməkdaşlığı məsələlərinə də toxunub və qloballaşmağın tərəfdarı olmadığını vurğulayıb: "Mən qanun istəyirəm, mən ətraf mühitmizi qorumaq istəyirəm, təhlükəsizlik və ehtiyacımız olan hər şey üçün qanunlar istəyirəm. Şirkətləri incidən dəhşətli qanunlar istəmirəm".

Yeni prezident əlavə edərək bildirib ki, qlobal əməkdaşlıq, digər ölkələrlə əlaqələr yaxşıdır və vacibdir. Lakin bu "qlobal himn, qlobal pul vahidi və ya qlobal bayraq" deməkdir: "Mən Amerika Birləşmiş Ştatlarını təmsil edirəm", Tramp vurğulayıb.

Gücün vasitəsilə gələn sülhü dünyada görmək istədiyini yenə bəyan edib.
Ordunu gücləndirəcəyini və yenidən yaradacağını Tramp yenə də təkrarlayıb. Dünyada isə sülhün bərqərar olmasını gücün vasitəsilə ola biləcəyinə inandığını bildirib.

Tramp üçün terroristlər radikal islamçılardır

"Biz bütün terrorist radikal islamçıları ölkədən çıxaracıq. Bu yoldan geri çəkilməyəcik. Yeni qayda yoldadır", deyə, Tramp vurğulayıb.


Xəbəri paylaş

6668 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___