Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Mən qızımın namusundan arxanıyam, sənin kim olduğunu Azərbaycan bilir..." - Floradan Aygünə
Tarix: 24-02-2017 | Saat: 15:22
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

"Mən qızımın namusundan arxanıyam, sənin kim olduğunu Azərbaycan bilir..." - Floradan Aygünə


"Mən qızımın namusundan arxanıyam, sənin kim olduğunu Azərbaycan bilir..." - Floradan Aygünə

Xalq artisti Aygün Kazımovanın həmkarı Flora Kərimova haqqında dediyi, “Urinoterapiya” ona əks təsir göstərib” sözləri onlar arasındakı qalmaqalı yenidən alovlandırıb.

F.Kərimova yenidən qarşı tərəfin ünvanına sərt sözlər deyib:

“Mən daima Aygün Kazımovanı sayıb, adını dilə gətirmişəm. O, çox yaxşı şoumendir, mahnılarının gözəl rejissorudur. Aygün Kazımovanın mənim onun üstündəki əməyimi tapdalayıb, üzümə durmasını bağışlaya bilmərəm. Ona heç bir müğənni yiyə durmurdu, mən əlindən tutmuşam. Söhbətdə sənin adını çəkilmişdi? Niyə bu söhbətə daxil oldun? Sən mənə ustadım, müəllimim deyən adamsan. Cəmiyyətdə hansısa söhbəti bitirmək və ya başlatmaq üçün gərək nüfuzun olsun. Səndən qorxuam ki, sözümü bitirəm?".

F.Kərimova həyatda heç kimdən çəkinəcək səbəbinin olmadığını dilə gətirib:

"Aygün məsələyə müdaxilə etməməliydi, ona aid olmayan söhbətə baş qoşmamalıydı. “Urinoterapiya” söhbətini etmisən. Sənin kimi savadsızlar bilmir ki, bu bütün dünyada qəbul olunan müalicə üsüludur. Sənin kim olduğunu bütün Azərbaycan bilir. Mən ailəmin xanımı olmuşam. Qızımın namusundan, oğlumun kişiliyindən, millətimin mənə sevgisindən arxayınam. Sən nədən arxayınsan?! Kimlərin arxasınca sürünürsən?".

Xatırladaq ki, iki məşhur arasındakı qalmaqal A.Kazımovanın F.Kərimova və Zeynəb Xanlarova arasında olan mübahisəyə qoşulması ilə alovlanıb.


Xəbəri paylaş

7088 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___