Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Astroloji proqnoz - 24 fevral
Tarix: 24-02-2017 | Saat: 02:00
Bölmə:Karusel / Gündəm / M2 / Qoroskop | çapa göndər

Astroloji proqnoz - 24 fevral

"Xəbəraz.az " dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - cari fəaliyyətinizdə zəruri islahatlar edin. Tərəfdaş və ya şəriklə yeni sifarişi, tapşırığı və ya işi nəzərdən keçirin. Amma tələsik qərar qəbul etməyin.

Buğa - gün gərgin başlanacaq. Buna rəğmən, imkanların zirvə səviyyəsindəsiniz və ən ağır işə başlaya bilərsiniz. Hadisələrin qəfil dönüşünə, spontan tədbirlərə və çalışdığınız insanların motivasiyasız inadkarlığına hazır olun.

Əkizlər - təsadüfi görüşlərdə həssas və təmkili olun. Axşam saatlarında diqqətli olun. Ailə üzvləri ilə ümumi işə başlaya bilərsiniz.

Xərçəng - siddi və mühüm işə başlamayın. Amma sizi maraqlandıran təfərrüatları mütləq şəkildə nəzərə alın. Çoxdan bəri aradığınız informasiya tapılacaq və ya daha faydalı nə isə aşkarlayacaqsınız.

Şir - gərgin və ağır gündür. Emosiyalar məntiqi üstələyə bilər. Gərəksiz sözlər söyləməyin, ehtiyac duyulmayan hərəkətlər etməyin. Ən önəmli situasiyalarda sinirlənəndə 10-a qədər sayın.

Qız - nədəsə şübhələnirsinizsə, qərarı və ya əməli təxirə salın. İntriqalar quran, münaqişələr yaratmağa meylli olan insanlarla təmaslardan yayının. Fiziki iş üçün əlverişli vaxtdır.

Tərəzi - qayda, nizam və tələskənliyin olmaması problemlərdən qurtulmağa imkan verəcək. Yaşamınızdakı gərəksiz nəsnələrdən və ünsürlərdən qurtulun. Axşam saatlarında bir qədər dincəlməyə, nəfəs almağa çalışın. Hərəkətlər, fiziki iş faydalıdır.
Aranızda qarşılıqlı anlaşmanın olduğu insanla ünsiyyət məsləhətlidir. Ümumi planları nəzərdən keçirin.

Əqrəb - hansısa məsələni dəqiq bilməməyinizlə bağlı durumun üzə çıxa biləcəyi görüş və danışıqları təxirə salın. Ənənəvi rejimə riayət edin, rutin məsuliyyətlər çərçivəsindən kənara çıxan nə isə etməyin.

Oxatan - bu gün çox mühüm işə başlamayın. Səhv salmaq, itirmək, yanlış seçim etmək şansı böyükdür. Yanvarın əvvəllərində sizi narahat etmiş məsələ ilə indiki probelmlər arasında əlaqə üzə çıxacaq.

Oğlaq - səhhətinizə fikir verin, dürüst qidalanın. Hətta pozitiv stress və xəbərlər də yuxusuzluğa səbəb ola bilər. Müxtəlif instansiyalarda problemləri həll edin, danışıqlar aparın, zəng vurun, məktublar yazın.
Güclənən enerji axını məhsuldarlıq və faydalı iş əmsalının artımını vəd etmir. Vacib mövzudan diqqəti yayındırmamaq üçün yaxşı çalışmaq, səy göstərmək lazımdır.

Dolça - əlavə iş götürməyin, çözüləsi məsələləri artırmayın. Ağırlıq izafi ola bilər. Tələskənlik və hövsələsizlik qəza, hədə, travma, maliyyə itkiləri yarada bilər. Mühüm söhbət, müzakirə baş tuta bilər. Maraq və məqsədlərin razılaşdırılması baş tutarsa, məqsədə doğru hərəkətdə ciddi irəliləyiş yaşanacaq. Zəif cəhətlərinzin qarşısında əsir olmayın. Gərəksiz əşya, insan və əlaqələrdən imtina edin. Ətrafınızda həddən ziyadə vurnuxma var.

Balıqlar - önəmli işləri günün ilk yarısında başa vurmağa çalışın. Ətalətli və süst davransanız, istədiyinizi əldə edə bilməyəcəksiniz. Səhvlər və yanlışlıqlar üzə çıxacaq.


Xəbəri paylaş

1 0038 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___