Kişi qadının xarici görünüşünə qarışırsa... - ONU TANIYIN
Tarix: 23-02-2017 | Saat: 19:26
Bölmə:Karusel / Qadınlar / Maraqlı | çapa göndər
Bir kişinin nə zaman yetkinləşməsi barədə düşünmüsünüz heç? Qəribədir, bəzi insanlar 15, bəziləri 30 yaşında yetkinləşir, bəziləri isə 40 yaşında belə, özünü uşaq kimi aparır. Araşdırmalardan biri isə yetkin kişini digərlərindən fərqləndirən davranışları müəyyənləşdirib. Yetkin kişini tanıdan 6 davranışı təqdim edirik.
Yetkin kişi xarici görünüşünüzü tənqid etməz
"Saçlarını niyə boyamısan?", "Kaş, bir az arıq olardın". Sizi həqiqətən də sevən bir kişi xarici görünüşünüzlə bağlı əsla müzakirə aparmaz. Bir kişi bu cür cümlələri hətta sizə məsləhət vermək üçün də işlətməz və sizi müzakirə edəcək qədər öz səviyyəsini aşağı salmaz.
Şəxsi həyatınıza qarışmaz
Münasibətləriniz sağlamdırsa, bir-birinizdən heç bir şey gizləmək məcburiyyətində deyilsiniz. Telefonunuzdakı şəxslərin və ya mesajların gizli saxlanması lazım deyil. Ancaq bu, tərəf müqabilinizin ciblərinizə, telefonunuza baxmaq, qarışdırmaq, şəxsi mesajlarınızı oxumağa haqqı olduğu mənasını vermir. Bunları edən kişi ya özündən şübhə edir, ya da sizə hörmət etmir.
Çətinliklərdən qaçmaz
Yetkinlik dövründə hər kəsin çətinlikləri və problemləri özünün həll etdiyi vaxtlar olur. Lakin yetkin kişi hər hansı şəxsi, ailəvi və ya işlə əlaqədar problemlə üzləşdiyini bəyan etməz və özü həll yolu tapar.
Yalnız həmin günlə yaşamaz
Bəzi kişilər düşünmədən bahalı bir restoranda bütün pulunu xərcləyir. Bu cür kişilər sonrakı günü düşünmür və planlamaq qabiliyyətləri yoxdur. Həyəcanlı yeniyetmələr kimi davranan orta yaşlı kişilərin bu dünyagörüşləri heç bir qadının xoşuna gəlmir. Bu o demək deyil ki, həyatınızı darıxdırıcı etməlisiniz. Yalnız bu gün üçün yaşamadığınızı unutmayın, bu, kifayətdir.
Anası ilə sağlam ünsiyyəti var
Yetkin kişinin valideynləri ilə münasibəti çox yaxşı olur və hər zaman onlara vaxt ayırır. Yetkin kişilər ona dəyər verən insanlara çox əhəmiyyət verir.
Sizə hörmət edir və sizi narahat edən davranışlar göstərmir
Həm psixoloji, həm də fiziki olaraq sizə əsla pis davranmaz. Əgər evinizdə şiddətlə qarşılaşırsınızsa, bir an əvvəl ondan ayrılın. Yetkin bir kişi nə qədər əsəbiləşsə də, əsla qadına əl qaldırmaz. Bir kişinin davranışları yalnız onun şəxsiyyətinə deyil, həmçinin qadının davranışlarına da bağlıdır. Sağlam münasibət qarşılıqlı səylər nəticəsində formalaşır.
Xəbəri paylaş
8798 dəfə oxunub.
Digər xəbərlər

17-03-2016, 10:05
Kredit borcuna görə həbs qanunidirmi?
23-10-2016, 02:19
Gəncədə 18 yaşlı oğlanlar bıçaqlandı
20-01-2017, 18:48
Hacı Zeynalabdin qəsəbəsində 20 Yanvar şəhidləri anıldı - Fotolar
28-06-2017, 20:28
SOCAR-ın qayığı qəzaya uğradı: Xəsarət alanlar var
27-04-2016, 23:08
"Başqa sözlər Rənaya "vız" gəlir" – PR menecer Elton
17-09-2017, 09:16
NATO rəhbərinin köməkçisi: “Aİ Türkiyəni uzaqlaşdırmamalıdır”
19-11-2021, 12:25
Prezident İlham Əliyev yeni Biləcəri lokomotiv deposunun açılışında iştirak edib - FOTO
20-06-2023, 11:17
Ev almaq istəyənlərə ŞAD XƏBƏR - Ucuz evlər satışa çıxarıldı - QİYMƏTLƏR
20-10-2015, 23:30
Şuşa bu gün - FOTOLAR
9-03-2016, 19:00
Səmranın “Eurovision”-da iştirak edəcəyini bu foto təsdiqlədi (FOTO)