Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sosial şəbəkənin bu yeni fenomeni necə yarandı?
Tarix: 23-02-2017 | Saat: 16:10
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Sosial şəbəkənin bu yeni fenomeni necə yarandı?

Son vaxtlar sosial şəbəkələrdə hər kəsin paylaşdığı bir şəkil var. Rusların “Jdun” adlandırdıqları bu heykəl insanların diqqətini çəkib. Bəs bu heykəl necə ortaya çıxıb?

“Jdun”un əsl adı Homunculus loxodontusdur. Bu insanabənzər fil mənasını verir. Heykəlin adını “Gözləyən” kimi də tərcümə etmək olar.

2016-cı ildə holland rəssam Marqrit van Brifort tərəfindən Leyden Universiteti üçün hazırlanıb. Əvvəlcə Leyden şəhərindəki uşaq xəstəxanasının qarşısında quraşdırılıb. 2017-ci ilin fevral ayına olan məlumata görə, heykəl Leyden Universitetinin Tibb Mərkəzinin içərisinə, 10-dan çox başqa heykəllərində olduğu foyeyə köçürülüb.

Heykəl özündə gözləmə otağında stulda oturan dəniz fili başlı boz rəngli varlığı xatırladır.
Leyden Universiteti nəzdindəki xəstəxana "Leydendəki heykəllər" fondu tərəfindən hər il keçirilən müsabiqədə heykəl yaratması üçün Marqrit van Brevorta qrant ayırıb. 2016-cı ildəki müsabiqənin mövzusu bioloji elmlər idi.
Sosial şəbəkənin bu yeni fenomeni necə yarandı?

Rəssam gələcək heykəlinin mövzusu üzərində çox düşünürdü. Marqrit tibb və ya xəstəliklərlə bağlı heykəl hazırlamaq istəmirdi. Xəstəxanada xəstələrin həkim müayinəsindən keçmək üçün oturub növbə gözləməsi Marqritin diqqətini çəkib. Həmin insanların üzündəki emosiyalar ona çox maraqlı gəlib və o öz heykəlini xəstələrə həsr etmək qərarına gəlib.

Marqrit verdiyi müsahibələrdə bu heykəli belə təsvir edir:

“O, sanki, alınmamış bir eksperimentdir və daha yaxşı olacağını gözləyir; o, sanki, böyük mehriban bir ət parçasıdı və onu qucaqlamaq istəyirsən”.

Heykəl qarışdırıldıqda gili xatırladan maddədən-plastikdən və epoksid qatranından yaradılıb.

2016-cı ildə Leyden şəhərində ən çox şəkli çəkilən heykəl olan “Jdun” hələ də insanların diqqət mərkəzindədir.

Marqrit van Brifort 2017-ci ilin fevral ayında BBC-yə verdiyi müsahibədə qeyd edib ki, Ukrayna merindən "Gözləyən" heykəli ilə bağlı maraqlı təklif alıb:
“Dnepr şəhərinin meri mənə təklif edib ki, 2 metr hündürlüyündə həmin "Gözləyən"dən hazırlayım. Heykəlin şəhərin mərkəz hissəsində yerləşdirilməsi nəzərdə tutulub”.

2017-ci ilin yanvarında bu heykəl Leyden şəhərində olan rusdilli turistlərdən birinin diqqətini cəlb edir. Turist heykəlin şəklini çəkərək Pikabu saytında paylaşır. Onun bu paylaşımından sonra heykəl Rusiya internet seqmentində “Ждун”, Ukrayna internet seqmentində isə “Ждун” və “Почекун” adı altında populyar internet mem oldu.

Daha sonra "Gözləyən" dünyada populyarlaşdığına görə əsərin sahibi məcbur olaraq VKontakte sosial şəbəkəsində rəsmi səhifə açdı və hətta VKontakte administrasiyası səhifənin rəsmiliyini təsdiqlədi.
Sosial şəbəkənin bu yeni fenomeni necə yarandı?

Marqritin açıqlamalarına görə, heykəl Hollandiyadan daha çox Rusiyada və Ukraynada diqqət çəkib. Hər gün Rusiyadan məktublar alan heykəltəraş bu heykəlin uğur qazanacağını əvvəlcədən güman edibmiş. Ancaq Rusiya və Ukraynada bu qədər reaksiya doğuracağı ağlına gəlməyib. Sonradan heykəltəraş bunun səbəbi ilə maraqlanıb. Məlum olub ki, Rusiya və Ukraynada xəstəxananın qabağında gözləyən xeyli insan var. Onlar daha çox gözləyirmiş...


Xəbəri paylaş

6038 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___